Modern.az

II qrupun birincisi Bakı Ali Neft Məktəbini seçdi

II qrupun birincisi Bakı Ali Neft Məktəbini seçdi

Təhsil

17 Avqust 2021, 18:14

Dövlət İmtahan Mərkəzinin (DİM) II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələri açıqlanıb.

 

BANM-dan Modern.az-a verilən məlumata görə, bu qrup üzrə ən yüksək nəticəni Bədəlov Əflan Aslan oğlu göstərib. O, DİM-in 2021-2022-ci il tədris ili üzrə keçirilən qəbul imtahanında 691,2 bal toplayıb.

 

İkinci  qrupun lideri Əflan Bədəlov bildirib ki, ən böyük arzularından biri Bakı Ali Neft Məktəbində təhsil almaqdır: “Bakı Ali Neft Məktəbinin Azərbaycanın ən prestijli universiteti olduğunu düşünürəm. Gələcəkdə daha yüksək nailiyyətlər əldə etmək üçün bu Ali Məktəbin  mənə çox böyük yardımı olacaq. Mənim üçün ən yaxşı seçim BANM-dir”, - deyə o əlavə edib.

 

Əflan Bədəlov vurğulayıb ki, seçimi BANM-in yeni açılmış Biznesin idarəedilməsi ixtisası olacaq.

 

Bakı Ali Neft Məktəbi yaranan gündən ən yüksək bal toplayan gənclər məhz bu Ali Məktəbdə təhsil almaq istəyirlər. Bu isə BANM ailəsi üçün qürurvericidir.

 

Qeyd edək ki, Əflan Bədəlov Salyan şəhər Yusif Qasımov adına 4 saylı tam orta məktəbin məzunudur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir