Arxiv
23 Avqust 2021, 10:07 | İQTİSADİYYAT
Kapital Bank yenilənən 28 May filialını istifadəyə verdi

Ölkənin aparıcı banklarından biri olan Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir və bu dəfə şəhərin mərkəzində, Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında yerləşən 28 May filialını korporativ standartlara uyğun təmir edərək müştərilərin istifadəsinə təqdim edib.

 

Bankdan Modern.az-a verilən məlumata görə, Kapital Bank-ın növbəti strateji dövrdə əsas hədəfləri arasında ipoteka biznesinin və eləcə də KOS (kiçik və orta sahibkarlıq) biznesinin inkişaf etdirilməsi önəmli yer tutur. Odur ki, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi, strateji hədəflərin yerinə yetirilməsi, o cümlədən davamlı olaraq artan müştəri ehtiyaclarını yüksək səviyyədə qarşılamaq məqsədilə 28 May filialı yeni konsepsiyada təmir edilib, daha rahat və sürətli xidmət göstərilməsi üçün filialda xüsusi şərait yaradılıb. Əlavə olaraq filial fiziki şəxslərə də bəzi bank xidmətlərini göstərməyi davam edəcək.

 

Bu filialda əsas etibarı ilə ipoteka məhsullarının – dövlət ipotekası, MİDA, kommersiya ipotekasının satışı və bu seqmentdən olan müştərilərin digər bank ehtiyaclarını qarşılayacaq xidmətlər həyata keçiriləcək. Bankın son zamanlar müştəri istəklərinə əsaslanaraq hazırlanan kommersiya ipoteka məhsulundan yararlananları isə filialda əlavə üstünlüklər gözləyir.

 

Həmçinin bununla bərabər kiçik və orta sahibkarlara göstərilən xidmətlərin genişləndirilməsi və asanlaşdırılması baxımından 28 May filialında aparılan yenidənqurma işlərində uyğun şərait yaradılıb və bu seqment müştərilərə xidmət, filialın gələcək fəaliyyətində önəmli yerlərdən birini tutacaq. KOS müştərilərinə hesabların açılması, maliyyələşmə məhsulları, şəxsi menecerlə təmin olunma, habelə şirkət rəhbərləri və təsisçilər üçün nəzərdə tutulan məhsul və xidmətlər təklif olunacaq.

 

Qeyd edək ki, məhz bu seqmentdən olan ipoteka partnyorlarının xidmət almaları, eləcə də məhsullarını təklif etmələri üçün filialda xüsusi imkanlar yaradılıb. Vətəndaşların mənzil ehtiyaclarının qarşılanması üçün ipoteka partnyorları arasında əməkdaşlıq mühüm yer tutur və yeri gəlmişkən, Kapital Bank hal-hazırda ölkənin tikinti sahəsinin aparıcı 50 şirkəti ilə partnyorluq münasibətləri qurub və gələcəkdə bu sahədə fəaliyyətini genişləndirəcək.

 

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhidin il mərasimi keçirilib 20 Oktyabr 2021, 14:41 Bahar Muradova bu qanunun qəbuluna qarşı çıxan deputatları TƏNQİD ETDİ 20 Oktyabr 2021, 14:37 Daha bir universitetdə tələbələr COVID-19-a YOLUXDU 20 Oktyabr 2021, 14:33 Türkiyəli ekspert: Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanı xaosa aparır 20 Oktyabr 2021, 14:32 Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS EDİLDİ 20 Oktyabr 2021, 14:32 Gəlinini doğrayan qayınataya 18 il İŞ KƏSİLDİ 20 Oktyabr 2021, 14:29 Azərbaycanda ölüm səbəblərinin əsasını bu xəstəlik təşkil edir - Həkim 20 Oktyabr 2021, 14:27 Putin Baydenlə görüşəcək? – Kremldən CAVAB 20 Oktyabr 2021, 14:09 İran yenidən hərbi təlimlərə BAŞLADI 20 Oktyabr 2021, 13:52 Kişilər ev işlərinə görə xanımına pul ödəsin- DEPUTATDAN TƏKLİF 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri könüllülərin DİQQƏTİNDƏ 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20 Prezident 300 min vətəndaşın ölümündə İTTİHAM OLUNUR 20 Oktyabr 2021, 11:19