Modern.az

Alim Qasımovun xanımından kürəkəninin oğurluq etməsi xəbərinə REAKSİYA

Alim Qasımovun xanımından kürəkəninin oğurluq etməsi xəbərinə REAKSİYA

24 Avqust 2021, 15:45

Bu gün bəzi KİV-lərdə xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanovun oğurluqda təqsirləndirildiyi barədə məlumat yayılıb.


Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova Modern.az saytının redaksiyasına zəng edərək, media orqanlarında yayılan məlumatı təkzib edib.


Onun sözlərinə görə, belə bir hal baş verməyib:


“Belə bir məsələ yoxdur. Yayılan məlumatların hər biri yalandır. Hər şey öz qaydasındadır”.


Yerli mətbuatda yayılan məlumatda isə bildirilir ki, E.Mövlanov Alim Qasımovun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.


Qeyd olunub ki, zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.


Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxıldığı, bu günə planlaşdırılan baxış iclasının təxirə salındığı bildirilir.


Fidan İlqar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir