Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın müdafiə naziri yeni səfiri təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə İran İslam Respublikası ilə Azərbaycan arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Səfir Möhsün Pakayin İran İslam Respublikasının Azərbaycan Respublikasına təyin edilmiş yeni hərbi attaşesini müdafiə nazirinə təqdim edib.
Modern.az