Modern.az

Sabiq dövlət müşaviri “Zəngəzur platforması” təşəbbüsünü DƏSTƏKLƏDİ

Sabiq dövlət müşaviri “Zəngəzur platforması” təşəbbüsünü DƏSTƏKLƏDİ

27 Avqust 2021, 10:57

Azərbaycanın Zəngəzur bölgəsi dünyanın əhəmiyyətli logistik qovşaqlarından birinə çevrilə bilər. Hazırda bu istiqamətdə ciddi addımlar atılır. Dünyanın gündəmini tarixi ərazilərimizə çəkmək üçün “Zəngəzur platforması”nın yaradılması təklif olunur. Milli Məclisin bir neçə deputatı belə platformanın yaradılması təşəbbüsü ilə çıxış edib.

 

Siyasi ekspert və politoloqlar da “Zəngəzur platforması”nın əhəmiyyətli olacağını hesab edirlər.


Bəs, Azərbaycan ictimaiyyəti “Zəngəzur platforması” haqqında nə düşünür?

 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan bu platformanın ərsəyə gəlməsi üçün maksimum şəkildə diplomatik və siyasi imkanlardan istifadə etməlidir:


“Hazırda əsas fikir Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına köklənib. Ermənilər rusların köməyilə meydan sulamağa başlayıb. Həmin ərazidə seperatçıların məhv edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi əsas hədəfdir.Təkcə Zəngəzurla bağlı yox, Göyçə kimi Qərbi Azərbaycan torpaqları üçün də belə platformalar qurmaq lazımdır. Yəqin ki, biz buna nail ola bilərik. Azərbaycan bunun üçün maksimum şəkildə diplomatik-siyasi imkanlardan istifadə etməlidir. Zamanı gələndə Qarabağ platformasını da gündəmə gətirə bilərik”.

 

 

Q.Hüseynlinin fikrincə, Azərbaycan “Zəngəzur platforması” təşəbbüsünə digər ölkələri də cəlb etməlidir.

 

“Platformaya ilk növbədə digər maraqlı ölkələri cəlb etməliyik. Bu torpaq təkcə qonşu ölkələr üçün yox, beynəlxalq platformalarda da önəmli rol oynayır. Zaman etibarı ilə bunu aktuallaşdırmaq və idea ətrafında təbliğat qurmaq bizim üçün bir az ağır, çətin ola bilər. Çünki hələ qarşımızda duran birinci dərəcəli vəzifə ərazi bütövlüyümüz məsələsidir”, - deyə politoloq “Zəngəzur platforması”nın ölkəmiz üçün mühüm əhəmiyyətə malik ola biləcəyini əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir