Modern.az

“Koronavirusa yoluxanların 8 faizi şagirdlər idi” - Emin Əmrullayev

“Koronavirusa yoluxanların 8 faizi şagirdlər idi” - Emin Əmrullayev

Təhsil

7 Sentyabr 2021, 14:27

Təhsil müəssisələri fəaliyyətə başladığı müddətdə müşahidələrimizə əsasən, koronavirusa yoluxanların 8 faizə qədərini şagirdlər təşkil edirdi.

 

Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə məlumat verib.

 

Nazir bildirib ki, məktəblər fəaliyyətini davam etdirdiyi müddətdə gün ərzində yoluxanların təxmini 10 faizə qədərini şagirdlər və müəllimlər təşkil edib:

 

“Buna görə biz yoluxma sayı artan məktəbləri distant təhsilə keçirməyə məcbur olurduq. Amma məktəblərdə tədris başlayan kimi onları distant təhsilə keçirmək məqsədəuyğun hesab edilmir. Hazırda tədris prosesinə mərhələli şəkildə - bir həftə fasilə ilə başlayanda daha aşağı rəqəmlərlə qarşılacağımıza ümid edirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!