28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
9 Sentyabr 2021, 11:12 | MÜSAHİBƏ
Çempion şəhidin xanımı: “Dedi, gəl şəkil çəkdirək, bəlkə son görüşümüzdür”

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin yarımçıq qalan xəyallarını onların ailə üzvləri yaşadır. Nə qədər çətin olsa da, onların nakam həyatlarının ağrı-acısını ailələri bir ömür boyu hiss edir, arzularının çin olması üçün mübarizə aparırlar.

 

Bu gün Azərbaycan xanımı tək yaxşı həyat yoldaşı, yaxşı ana deyil. O, həm də ərinin başını dik saxlayan, ona arxa, dayaq olan böyük qüvvədir. Belə xanımlardan biri də Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn əsgər Qeybiyev Arifin həyat yoldaşı İranə Qeybiyevadır.

 

Modern.az-ın “Şəhid xanımı” rubrikasının növbəti buraxılışında İranə xanımın həyat hekayəsindən bəhs olunur.

 

 - Gəlin, lap əvvəldən başlayaq, ilk tanışlığınızdan… Həyat yoldaşınızla tanışlığınız necə olub? Həmin günü necə xatırlayırsınız?

 

- Ariflə tanışlığımız tələbəlik illərinə təsadüf edir. İkimiz də Astara Pedaqoji kollecinin tələbələri olmuşuq. Arif idman, mən isə bağça müəllimliyini bitirmişəm. Rəfiqəm Aytac Arifin qrup yoldaşı idi. Mən tez-tez oların sinfinə gedirdim. Beləcə, Ariflə tanış olduq.

 

Maraqlı tələbəlik illərimiz olub. Arif deyib gülən, şən biri idi. Həmişə üzü gülərdi, çox zarafatcıl idi, mənə deyerdi ki, "elçi göndərim sizə, nömrəni ver". Deyirdim ki, biz uşağıq, hələ kollecdə oxuyuruq. Amma kollec vaxtı tələbəlik münasibətindən başqa münasibətimiz olmayıb.

 

 

- Necə oldu ki, həyatlarınızı birləşdirmək qərarına gəldiniz?

 

 - Arif dördüncü kursu bitirib əsgərliyə getdi. Mən isə hələ dördüncü kursda idim. 2017-ci ilin mart ayında Arif məzuniyyətə gəldi. Tamamilə dəyişilmişdi, həm xarici görünüşü, həm də xasiyyəti…

 

Arif mənə "anamı sizə elçi göndərmək istəyirəm" dedi. Mən də onu tanıyırdım, xasiyyətini bilirdim. Buna görə razı oldum və biz nişanlandıq. Arif əsgərliyi bitirib gəldi, iki il nişanlı qaldıq.

 

O, daha sonra hərbidə xidmət etmək üçün müraciət etdi və işə qəbul olundu. 2019-ci ilin aprel ayında ailə qurduq. Arif ailəyə bağlı insan idi. Onunla gözəl günlərimiz olub, yaddaqalan anlar yaşamışıq.

 

 

- Həyat yoldaşınızın hansı xoş sözlərini xatırlayırsınız?

 

-Arifin hər bir sözü məni xoşbəxt edirdi. Onunla yaşadığım günlər böyük xoşbəxtlik idi. Doğrudur, qısqanc olsa da, çox ailəcanlı idi, gün ərzində dəfələrlə danışırdıq. Xidmət vaxtı bitənə kimi mənə zəng vururdu.

 

Deyirdi ki, "Füzulidə olanda darıxırsan,  get anangilə, mən sənə vaxt ayıra bilmirəm".

 

Onun beş dəqiqəlik evə gəlişi mənim üçün dünya demək idi. Birlikdə xoşbəxt günlər yaşayırdıq.  Bəzən hədiyyələrlə üzümü güldürürdü. Hər dəfə hədiyyə alanda mənə sürpriz edirdi.

 

Sonuncu dəfə 20 sentyabrda bizə hədiyyə aldı. Mənə ətir, qızıma isə danışan oyuncaq. O hədiyyələri olduğu kimi saxlamışam. Yoldaşım şəhid olandan sonra ətir vurmamışam hələ də.

 

 

- Sizə son sözləri nə oldu? Hansı istəkləri vardı?

 

23 sentyabrda bir yerdə idik. Məzuniyyətdə idi, atası rəhmət getdiyi üçün rayondaydıq. Mən rayonda qaldım, bir müddətdən sonra gəlib məni aparacaqdı.

 

Son dəfə onu yola salanda ağladım.  Mən həmişə Arif gedəndə ağlayırdım. Amma bu dəfə gedəndə çox pis ağladım çünki getməsini istəmirdim. Göz yaşımı sildi, alnımdan öpüb dedi ki, “ağlama, gəl şəkil çəkdirək, bəlkə sonuncu şəklimiz oldu, həyatdı bilmək olmaz, müharibədə başlayır"...

 

Getdi, bu son gedişi oldu, gəlişi isə bayrağa bükülmüş tabutu…

 

Son danışığım sentyabrın 27-də olub. Səhər saat 9-a işləmiş. Ondan əvvəl də danışırdıq. Mənə dedi ki,  “müharibə başlayır, hər şey hazırdır”.

 

Şəhidlikdən danışırdı. Şəhid olmağı arzuladığını dedi. Mən isə əsəbiləşdim, ağlamağa başladım. Soruşdum ki, bəs Gülnurla mən necə olaram. Dedi ki, “şəhidliyimlə qızım ucalar, ucalarsınız”.

 

Son mesajı da belə oldu: “sizi sevirəm, qızımız sənə əmanətdir. Yaşasın Azərbaycan”. Son sözü də “Yaşasın Azərbaycan, Vətən sağ olsun” idi.

 

- Övladını gözü dolusu görməyən şəhidimizin hansı arzuları yarımçıq qaldı?

 

- Qızımız Gülnurla bağlı arzuları var idi. Atası onun bir yaşında adını qızıl hərflərlə yazdıracaqdı, hərbi forma tikdirib, dəst geyinəsi idik.

 

Qızımızın gedəcəyi bağçanı seçmişdi. Biz Füzulidə qalırdıq, orada necə bağçaya aparacaq, Gülnuru hansı məktəbə qoyacaq, bunların hamısını seçmişdi. Həmişə söhbət edəndə deyərdi ki, “qızımız həkim, ya da müəllim olsun. Ən yaxşısı peşəsini özü seçsin”.

 

Bundan sora o necə qızımız üçün ən gözəl şeyləri istəyirdisə, bütün arzularını və ondan da artığını edəcəyəm ki, şəhidimin ruhu daim şad olsun.

 

 

Qeyd edək ki, Arif Qeybiyev 1997-ci il 7 iyun tarixində Astara rayonunda anadan olub. 2002-ci ildə E. Ağayev adına Səncəri kənd tam orta məktəbinə daxil olub. 2012-2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb. Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi olub.

 

Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Sentyabrın 27- də Füzulidə şəhid olub.

 

Ölümündən sonra " Vətən uğrunda" və Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sərnişin qatarlarının hərəkəti bərpa olunur 28 Sentyabr 2021, 11:52 Mübariz İbrahimov adına məktəbin şagirdləri Türkiyədə qazilərimizi ziyarət ediblər 28 Sentyabr 2021, 11:50 Ermənistanda Şuşa və Hadrut məğlubiyyətinə görə HƏBSLƏR BAŞLADI 28 Sentyabr 2021, 11:46 Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı   28 Sentyabr 2021, 11:44 Şuşa məğlubiyyətinə görə 150 nəfərə ittiham İRƏLİ SÜRÜLÜB 28 Sentyabr 2021, 11:39 Kəlbəcər və Qubadlıda prokurorluq binalarının AÇILIŞI-FOTO 28 Sentyabr 2021, 11:34 Senat Türkiyəni yeni sanksiyalarla HƏDƏLƏDİ 28 Sentyabr 2021, 11:31 TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi 28 Sentyabr 2021, 11:28 General: “Düşmən ən çox itkini həmin döyüşlərdə verdi” 28 Sentyabr 2021, 11:25 İranda Vətən müharibəsi şəhidləri anılıb - FOTO 28 Sentyabr 2021, 11:24 Spiker: "Azərbaycan parlamenti TÜRKPA-nın inkişafına xüsusi diqqət ayırıb" 28 Sentyabr 2021, 11:23 Sülhməramlılar Qarabağda dronları havaya qaldırdı 28 Sentyabr 2021, 11:21 “Azəriqaz”ın baş direktorundan istehlakçılara MÜRACİƏT 28 Sentyabr 2021, 11:19 “Şəhidlər və itkinlər xalqımızın seçilmiş övladlarıdır” 28 Sentyabr 2021, 11:17 İctimai TV bu gündən daha bir ilkə imza atdı 28 Sentyabr 2021, 11:14 Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət 28 Sentyabr 2021, 11:08 Qazaxıstanda Nizami Gəncəvi ilə bağlı təqdimat olub 28 Sentyabr 2021, 11:06 Nazirlik kadr potensialını gücləndirir - FOTOLAR 28 Sentyabr 2021, 11:03 Daha bir vaksin maxinasiyası - 6 nəfərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54
SORĞU Hansı vaksinə etibar edirsiniz?