28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
13 Sentyabr 2021, 09:42 | MÜSAHİBƏ
Şəhidin həyat yoldaşı: “Hərbçi ilə ailə qurmaq hər xanımın işi deyil” - FOTO

“Baxışından bilirdim ki, ürəyindən nələr keçir”

 

“Yeganə təsəllim övladlarımdır”

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin yarımçıq qalan xəyallarını onların ailə üzvləri yaşadır. Nə qədər çətin olsa da, onların nakam həyatlarının ağrı-acısını ailələri bir ömür boyu hiss edir, arzularının çin olması üçün mübarizə aparırlar.

 

Bu gün Azərbaycan xanımı tək yaxşı həyat yoldaşı, yaxşı ana deyil. O, həm də ərinin başını dik saxlayan, ona arxa, dayaq olan böyük qüvvədir. Belə xanımlardan biri də Aprel döyüşlərində şəhid olan polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyevadır.

 

Modern.az-ın “Şəhid xanımı” rubrikasının növbəti buraxılışında Lalə xanımın həyat hekayəsindən bəhs olunur:

 

- Həyat yoldaşınızla ilk tanışlığınız necə olub? Həmin günü necə xatırlayırsınız?

 

 - Ailə həyatımdan söz açmaq mənə çətin olsa da, hər dəfə gülümsəyərək danışıram. Vüqarın dostu bizimlə qohum idi. O, qədər ciddi, cəsarətli, tutduğunu qoparan biri idi ki, Vüqarın bu xasiyyətini çox sevirdim.

 

 

- Necə oldu ki, Vüqar Yusifovla ailə qurmağa qərar verdiniz? Adətən qadınlar hərbçilərlə evlənməyə tərəddüd edirlər.

 

-2004-cü ildə nişanımız oldu, il yarım nişanlı qaldıq. On beş il əvvəl 10.10.2006-cı il tarixində ailə həyatı qurduq. Mənim fikrimcə, hərbçi ilə ailə qurmaq hər xanımın işi deyil, o çətinlikləri bilə-bilə belə həyata atılmaq asan olmur. Ancaq mən razılaşdım. Tək Vüqara görə...

 

Vüqarı mənim qədər heç kim tanıya bilməz, çünki onun baxışından bilirdim ki, ürəyindən nələr keçir. Biz təkcə ailə deyil, çox yaxın dost idik.

 

- Həyat yoldaşınız şəhid olmadan öncə sizə son sözləri nə oldu?

 

- Vüqar son dəfə 2016-cı ilin mart ayının 28-i səhər saat 6-da evdən çıxmağa hazırlaşırdı. Məni çağırdı, yanında oturdum, çox fikirləşdi və ürəyində olan sözü dilə gətirmədən "gedirəm bir həftəyə gələcəm" dedi. Həmişəki sözlərini təkrarladı: "mənə zəng etmə, mesaj yazma, lazım olsa,özüm zəng edərəm, narahat olma".

 

Həmişəki təlimlər kimi Vüqarı yola saldım. Ancaq Vüqar gedən gündən yuxularım qarışdı. Təlimlərə çox gedirdi, ayda üç-dörd dəfə, amma heç vaxt belə narahat olmamışdım.  Bu dəfə fərqli idi

 

Vüqar təlimlərə gedəndə adətən beş günün tamamında evə gəlirdi. Beş gün sonra - aprel ayının 3-ü ev telefonuna zəng gəldi. Səsini əvvəlcə tanımadım, səsi qəribə, kobudlaşmış, sanki yuxusuz kimi gəlirdi. Zəng etdiyinə çox sevinmişdim, söz verdi ki, iki-üç günə gələcək.

 

Aprelin 4-ü saat 2-yə işləmiş Talış yüksəkliyində şəhid olmuşdu. Həmin gün həyatımda elə izlər qoydu ki, o izlər mənimlə ömürlük gedəcək. Hələ də inana bilmirəm, inanmaq çox çətindi.

 

Mən tək deyiləm, övladlarım üçün yaşamalıyam.

 

 

- Həyat yoldaşınızın hansı arzuları yarımçıq qaldı? Övladlarının gələcəyini necə görmək istəyirdi?

 

- Vüqar övladlarını çox istəyirdi. Onun bir xüsusiyyəti vardı ki, harada bir uşaq görürdüsə, başını sığallayardı. Vüqar öz övladları ilə fəxr edirdi, övladları da ataları ilə.

 

 Düşünəndə ki, artıq onu görməyəcəksən, uşaqların bir də "ata" deyib qucağına qaça bilməyəcək, qapını açıb içəri girməyəcək, adamın nəfəsi kəsilir, ölmək həddinə çatırsan. Yeganə təsəllim övladlarımdır. Axı onlar günahsızdır, övladlarıma qayğı, dəstək lazımdır, bu səbəbdən özümü toparlayıram.

 

Vüqar çox istəyirdi ki, uşaqları ağıllı, ali təhsilli, Vətənə layiq övladlar olsun. Böyük qızım Ayanın həkim olmasını istəyirdi, digər qızım Aytənlə oğlum Yusif kiçik olduğundan deyirdi ki, bir yerdə qərar verərik, hansı peşəni seçsələr mən də onlara dəstək olacağam. İndi isə Vüqar cismən yanımızda yoxdur, amma ruhən bizimlədir.

 

 

Artıq zaman keçir, övladlarımız Vüqarın arzuladığı kimi böyüyür. Şəhidimin əmanəti mənim də əmanətimdir.

 

Qeyd edək ki, Vüqar Yusifov 1976-cı il noyabrın 2-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1983-cü ildə Şiştəpə kənd orta məktəbinin birinci sinfinə gedən V.Yusifov 1993-cü ildə həmin məktəbi bitirib. Daha sonra Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1997-ci ildə leytenant rütbəsi alıb.

 

Polkovnik Vüqar Yusifov 2016- cı ildə Aprel döyüşlərində şəhid olub. Doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

 

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kəlbəcər və Qubadlıda hərbi prokurorluqların binalarının açılışı oldu 28 Sentyabr 2021, 11:34 Senat Türkiyəni yeni sanksiyalarla HƏDƏLƏDİ 28 Sentyabr 2021, 11:31 TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi 28 Sentyabr 2021, 11:28 General: “Düşmən ən çox itkini həmin döyüşlərdə verdi” 28 Sentyabr 2021, 11:25 İranda Vətən müharibəsi şəhidləri anılıb - FOTO 28 Sentyabr 2021, 11:24 Spiker: "Azərbaycan parlamenti TÜRKPA-nın inkişafına xüsusi diqqət ayırıb" 28 Sentyabr 2021, 11:23 Sülhməramlılar Qarabağda dronları havaya qaldırdı 28 Sentyabr 2021, 11:21 “Azəriqaz”ın Baş direktoru istehlakçılara müraciət edib 28 Sentyabr 2021, 11:19 “Şəhidlər və itkinlər xalqımızın seçilmiş övladlarıdır” 28 Sentyabr 2021, 11:17 İctimai TV bu gündən daha bir ilkə imza atdı 28 Sentyabr 2021, 11:14 Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət 28 Sentyabr 2021, 11:08 Qazaxıstanda Nizami Gəncəvi ilə bağlı təqdimat olub 28 Sentyabr 2021, 11:06 Nazirlik kadr potensialını gücləndirir - FOTOLAR 28 Sentyabr 2021, 11:03 Daha bir vaksin maxinasiyası - 6 nəfərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54 Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021, 09:50 Keçmiş kürəkənini bıçaqlayan qayınata TUTULDU 28 Sentyabr 2021, 09:46 Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq 28 Sentyabr 2021, 09:40 DYP-dən taksi sürücülərinə sonuncu XƏBƏRDARLIQ 28 Sentyabr 2021, 09:36 İnternat uşaqları: onları bu müəssisələri tərk edəndən sonra nələr gözləyir… 28 Sentyabr 2021, 09:31
SORĞU Hansı vaksinə etibar edirsiniz?