Modern.az

4 həvəskar kosmonavt kosmosa səyahət edəcək

4 həvəskar kosmonavt kosmosa səyahət edəcək

16 Sentyabr 2021, 00:47

Dörd həvəskar kosmonavt Elon Maskın “SpaceX” şirkəti tərəfindən istehsal edilən “Falcon-9” raketi ilə kosmosa səyahət edəcək.

 

Modern.az xəbər verir ki, uçuş 4 nəfərdən biri olan amerikalı milyarder Cared Isakmen tərəfindən maliyyələşdirilir.

 

Kosmik səyahət milyarder iş adamları Riçard Branson və Jeff Bezosun bənzər səyahətlərindən sonra kosmik turizmin inkişafı istiqamətində atılan əhəmiyyətli addım hesab edilir.

 

Qrupdakı digər kosmonavtlar tibb işçisi, alim və data analitikidir. “Inspiration4” adı verilən bu səyahət 3 gün davam edəcək.

 

Raketin ABŞ-ın Florida ştatındakı Kennedi kosmos mərkəzindən havaya qalxması gözlənilir. Dördlüyün səyahət zamanı təcrübələr aparacağı və böyük şüşə günbəzdən dünyanı seyr edəcəyi bildirilir. Səyahətin sonunda kapsul Atlantik Okeanına enəcək.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...