Arxiv
17 Sentyabr 2021, 15:07 | ZƏNGƏZUR
İrəvana yük daşıyan sürücülər azərbaycanlılar deyil, xüsusi agentlərdi...

“Bunların hamısı təxribatdır. Qara qüvvələr Cənubi və Şimalı Azərbaycandan olan soydaşlarımız arasında nifaq salmaq istəyir. Cənubi azərbaycanlılar yekdil şəkildə “dəmir yumruq”un arxasındadılar”.


Bu sözləri Modern.az-a Azərbaycan Yazıçılar Birliyi (AYB)  Güney ədəbiyyat şöbəsinin rəhbəri Sayman Aruz Gorus-Qafan yolunda Ermənistana yük daşıyan sürücülər barədə danışarkən deyib.


Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyində ən çox narahat olan ölkə İrandır:


"Qara qüvvələr Cənubi və Şimali Azərbaycandan olan soydaşlarımız arasındakı münasibətləri pozmaq istəyirlər. Çünki İranla Azərbaycan arasındakı münasibətlər 44 günlük müharibə boyunca bəlli oldu. İran Azərbaycana qarşı heç zaman dost münasibəti sərgiləmiyib, sərgiləmiyəcək də.

Azərbaycanın müstəqilliyindən ən çox narahat olan ölkə İrandır. Bunun da səbəbi Cənubi Azərbaycanda bizim tarixi ərazilərimiz və soydaşlarımızın olmasıdır”.


Gorus-Qafan yolundakı postda saxlanılan iranlı sürüclərin Azərbaycan dilində danışmasına gəlincə, S.Aruz bildirib ki, Ermənistana yük daşıyan həmin şəxsləri Cənubi azərbaycanlılara aid etmək olmaz.

“Yəni İrəvana indiki gərgin ictimai-siyasi və hərbi vəziyyətdə heç bir adi İran vətəndaşının istər sürücü, istər başqa peşə sahibi qismində getməyi mümkün deyil, gedə bilməz. Onlar hamısı İran dövlətinin xüsusi xidmət orqanlarında işləyən, müqaviləsi olan sürücülərdir. Başqa cür mümkün deyil.

Təbrizdə ermənilər də, kürdlər də, başqa millətlər də yaşayır. Türkün heç zaman qeyrəti icazə verməz ki, öz soydaşlarına qarşı səhv hərəkət etsin. Bu təxribatları edən orda olan etniklərdir. Hansı ki, Azərbaycan dilini çox gözəl danışırlar. Ümumiyyətlə, onlar Azərbaycan dilində çox gözəl danışırlar. Elə düşüncə yaratmaq istəyirlər ki, o taydakılar satqındı, ermənilərlə işləyirlər. Bunlar hamısı təxribatdı, inanmayın. Cənubi azərbaycanlılar yekdil şəkildə “dəmir yumruq”un arxasındadılar. Dövlətimizi dövlət bilirlər və Azərbaycanı sevirlər. Başqa cür də mümkün deyil”. 

 

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutuna yeni direktor təyin olundu 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin artdı 28 Oktyabr 2021, 17:36 Bakıda avtobusun şüşələri adam sıxlığından sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" Siyəzəndə sahibkarlarla 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26 Bu şəxslər 4-cü doza vaksin vurdura bilər - RƏSMİ 28 Oktyabr 2021, 15:22 Nə kişi, nə də qadın olmayan şəxsə pasport verildi - FOTO 28 Oktyabr 2021, 15:18 Hafiz Hacıyev SAĞALIR 28 Oktyabr 2021, 15:14