Arxiv
23 Sentyabr 2021, 14:20 | AKTUAL
Xüsusi ehtiyat fondlarının vergiyə cəlb olunma QAYDASI

“Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” təsdiqlənib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Sənəddə qeyd edilib ki, bu qayda Vergi Məcəlləsinin 111.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydasını müəyyən edir.

 

Banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyatlarını maliyyə bazarları tənzimləyicisinin müəyyən etdiyi qaydaya uyğun yaradır.

 

Xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər vergitutma məqsədləri üçün bu Qaydaya uyğun olaraq gəlirdən çıxılır. Bank olmayan kredit təşkilatları tərəfindən qarşılıqlı surətdə asılı olan şəxslərə verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydaya uyğun yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Bank olmayan kredit təşkilatları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

 

Kredit ittifaqının üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər olduqda və onların kredit ittifaqının nizamnamə kapitalındakı paylarının həcmi 50 faizdən çox olduqda, həmin üzvlərə kredit ittifaqı tərəfindən verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydada yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Kredit ittifaqları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

 

Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycanın qüvvədə olan normativ və normativ xarakterli hüquqi aktları ilə müəyyən edilən mənaları ifadə edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Soydaşlarımız bu il Həmrəylik Gününü necə qeyd edəcək? 5 Dekabr 2021, 12:40 Ermənistanda yoluxma pik həddə... 5 Dekabr 2021, 12:34 Millimiz beşinci oldu 5 Dekabr 2021, 12:25 İndoneziyada ölənlərin sayı artdı 5 Dekabr 2021, 12:11 Sabahın havası: külək, duman... 5 Dekabr 2021, 12:06 Parlamentin dinamikası: xalqın içindəkilər... 5 Dekabr 2021, 11:59 Fransada koronavirus mənzərəsi 5 Dekabr 2021, 11:48 Lənkəranda qəza 5 Dekabr 2021, 11:45 Şaxta qəzasında son durum 5 Dekabr 2021, 11:30 Mançesterdə Azərbaycan icması ilə görüş - FOTO 5 Dekabr 2021, 11:21 Gürcüstanda yoluxma statistikası 5 Dekabr 2021, 11:12 "Neftçi" "Sumqayıt"a qarşı 5 Dekabr 2021, 11:10 3 səfirin Qarabağa gecikmiş səfərinin PƏRDƏARXASI 5 Dekabr 2021, 11:00 Fin nazir virusa yoluxdu 5 Dekabr 2021, 10:51 İranda PUA qəzası 5 Dekabr 2021, 10:46 Ən yaxşı təqlid edən robot - Video 5 Dekabr 2021, 10:40 Müdafiə Nazirliyinin həftəlik hesabatı - VİDEO 5 Dekabr 2021, 10:30 Makrona qadın "başağrısı": Fransada ilk ola bilər... 5 Dekabr 2021, 10:27 Bakı metrosunda həyəcanlı anlar - Sərnişin qatar yoluna düşdü 5 Dekabr 2021, 10:18 Gəncədə ev yandı 5 Dekabr 2021, 10:17 İtaliyada koronavirus 5 Dekabr 2021, 10:08 Dinozavr sürüsünün qalıqları aşkarlandı 5 Dekabr 2021, 10:00 Blinken və Lavrovdan Ukrayna MÜZAKİRƏSİ 5 Dekabr 2021, 09:51 Koronavirus xəstəsi saxlanıldı 5 Dekabr 2021, 09:44 5 Dekabr - Könüllülər Günüdür 5 Dekabr 2021, 09:37 Özbəkistan beynəlxalq uçuşları dayandırdı 5 Dekabr 2021, 09:27 İndoneziya silkələndi 5 Dekabr 2021, 09:16 Saakaşvilidən azərbaycanlılara MƏKTUB 5 Dekabr 2021, 09:09 Dünyada koronavirus mənzərəsi 5 Dekabr 2021, 09:00 İraqda 5 terrorçu zərərsizləşdirildi 5 Dekabr 2021, 00:44 Hansı Avropa ölkələrində daha çox siqaret çəkilir? 5 Dekabr 2021, 00:28 Bakı və İrəvan arasındakı “barter"də kim qazandı... - TƏHLİL 5 Dekabr 2021, 00:12 Qarabağda daha bir erməni hərbçinin qalıqları TAPILDI 4 Dekabr 2021, 23:50 Dünyanın turizm paytaxtı bu şəhər olacaq 4 Dekabr 2021, 23:31 Zərərsizləşdirilən erməni təxribatçının cəsədi təhvil VERİLDİ 4 Dekabr 2021, 23:15
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?