26 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
24 Sentyabr 2021, 19:33 | AKTUAL
Gələn ilin dövlət büdcəsi müzakirə edildi

Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclası açan Baş nazir Ə.Əsədov 2020-ci ilin düşmən üzərində parlaq Qələbə nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlamətdar olduğunu bildirib.

 

44 günlük Vətən Müharibəsinin dövlət başçımızın rəhbərliyi, sərkərdəlik məharəti, xalqın Prezidentə birmənalı dəstəyi və onun ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun rəşadəti və yüksək döyüş qabiliyyəti nəticəsində təmin edildiyi xüsusi vurğulanıb.

 

2021-ci ilin ötən dövrünün iqtisadi göstəricilərinə toxunan Baş nazir 8 ayda iqtisadi artımın 3.6% təşkil etdiyini, o cümlədən qeyri-neft sektorunun 5.7% artdığını, qeyri-neft sənayesində 18.4% artımın qeydə alındığını bildirib.

 

Vurğulandı ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılması, müasir iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi, kənd təsərrüfatı, turizmin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası istiqamətində işlər ən əsas prioritetlər sırasındadır və bu məsələ gələn ilin dövlət büdcəsində öz əksini tapıb.

 

Qeyd edildi ki, 2022-ci ildə ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər tədbirlər üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən biri olacaqdır.

 

Azərbaycanda COVID-19 xəstəliyinin əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı həyata keçirilən praktiki tədbirlərdən söhbət açıldı. Bildirildi ki, 2022-ci ildə də pandemiya ilə mübarizə məqsədilə dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

 

İqlim dəyişikliklərinin yaratdığı risklərin qarşısının alınması və yarana biləcək mümkün fəsadlara adekvat cavab verilməsi Hökumət qarşısında duran ciddi vəzifələr kimi səciyyələndirilib.

 

Bildirildi ki, kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olmaq, məhsuldarlıq və səmərəliliyi artırmaqdır.

 

Eyni zamanda, vurğulandı ki, qlobal ərzaq bazarlarında bəzi məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınması, idxaldan asılılıq səviyyəsinin azaldılması və ərzaq təhlükəsizliyinin etibarlı təşkil edilməsi xüsusi diqqət tələb edən məsələlərdəndir.

 

Bu baxımdan, dünya birjalarında buğda kəskin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı subsidiya dəstəyi barədə müvafiq qərarların qəbul olunduğu bildirilib.

 

Dövlət satınalmalarının şəffaflığı və effektivliyinin təmin edilməsi istiqamətində işlərin davam etdiriləcəyi, şişirdilmiş qiymətlərlə satınalmaların qarşısının qətiyyətlə alınması məqsədilə müvafiq addımların atılacağı qeyd edilib.

 

Tenderlər zamanı müqavilələrin bir mənbə ilə bağlanması hallarının tez-tez baş verdiyi vurğulanaraq bunun qəbuledilməz olduğu bildirilib.

 

Ölkədə tətbiq edilən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə bundan sonra da ardıcıl tədbirlərin görüləcəyi qeyd edilib.

 

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial islahatlar, ictimai iş yerlərinin yaradılması, məşğulluq məsələləri və aztəminatlı əhalinin sosial-rifahının yaxşılaşdırılması bundan sonra da diqqət mərkəzində olacağı vurğulanıb.

 

Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən hərtərəfli dövlət qayğısı, onlara maliyyə dəstəyinin göstərilməsi, müalicəsi və sosial durumlarının yaxşılaşdırılması məsələsinin bundan sonra da prioritet təşkil edəcəyi vurğulanıb.

 

Baş nazir bir daha xatırlatdı ki, insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması Hökumət üzvlərinin əsas vəzifələrindən biridir və bu məsələ daim diqqət mərkəzində olmalıdır.

 

Daha sonra gündəlikdə duran məsələlərə dair məruzələr dinlənildi, müzakirələr aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İŞİD İraqda hücum etdi - Ölü və yaralılar var 27 Oktyabr 2021, 00:50 Ukrayna "Bayraktar"la separatçılara zərbə endirdi 27 Oktyabr 2021, 00:45 Ermənistan Prezidenti Səudiyəyə səfər etdi 27 Oktyabr 2021, 00:30 Ermənistanın Qarayusifli kəndində törətdiyi terrordan 1 İL KEÇİR   27 Oktyabr 2021, 00:11 Boksçumuz çempionatda erməni ilə üz-üzə gələcək 26 Oktyabr 2021, 23:49 Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM 26 Oktyabr 2021, 23:21 Makron Çin lideri ilə Əfqanıstanı müzakirə etdi 26 Oktyabr 2021, 23:02 Ərdoğanın Azərbaycana rəsmi səfəri BAŞA ÇATDI 26 Oktyabr 2021, 22:36 4 Türk dövləti tələbələri bir arada - VİDEO 26 Oktyabr 2021, 22:25 İlham Əliyev və Ərdoğan Zəngilanda birgə mətbuat konfransı keçirib - YENİLƏNİB 26 Oktyabr 2021, 22:19 Azərbaycan bu gün öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır 26 Oktyabr 2021, 22:01 Türkiyənin İraq və Suriyaya qoşun göndərmə müddəti UZADILDI 26 Oktyabr 2021, 21:57 İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi? 26 Oktyabr 2021, 21:43 Ərdoğandan Ermənistanla münasibətlərin normallaşması üçün ŞƏRTLƏR 26 Oktyabr 2021, 21:39 Bu rayonda qazın verilişində fasilə yaranacaq 26 Oktyabr 2021, 21:36 İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular - YENİLƏNİB 26 Oktyabr 2021, 21:27 Mehriban Əliyevadan Ərdoğanın səfəri ilə bağlı PAYLAŞIM 26 Oktyabr 2021, 21:21 “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik” - Ərdoğan 26 Oktyabr 2021, 20:56 “Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək” 26 Oktyabr 2021, 20:36 Ərdoğan: “Azərbaycana hər cür dəstəyi verməyə davam edəcəyik" 26 Oktyabr 2021, 20:23 “Füzuli Beynəlxalq Hava Limanı bizim birgə uğurumuzdur” - İlham Əliyev 26 Oktyabr 2021, 20:16 "Şərq" 25 yaşını qeyd etməyə hazırlaşır - FOTOLAR 26 Oktyabr 2021, 20:13 Prezident: “Şuşa Bəyannaməsi əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırdı” 26 Oktyabr 2021, 20:07 Türkiyə Azərbaycanda mövqelərini möhkəmləndirir - ŞƏRH 26 Oktyabr 2021, 20:07 Türkdilli dövlətlərin təhsil nazirləri görüşəcək 26 Oktyabr 2021, 19:51 Toplanışa çağırılan hərbçilər hərbi hissədə - VİDEO 26 Oktyabr 2021, 19:46 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi TARİX 26 Oktyabr 2021, 19:42 Dövlət başçıları “Ağıllı kənd” layihəsində görülən işlərlə tanış olublar - YENİLƏNİB 26 Oktyabr 2021, 19:37 Ərdoğan Zəngəzur dəhlizi barədə: "Daha irəli gedəcəksiniz" 26 Oktyabr 2021, 19:27 XİN-dən Avstriyaya TƏBRİK 26 Oktyabr 2021, 19:15 Azərbaycan və Türkiyə liderləri arasında görüş - FOTO 26 Oktyabr 2021, 19:13 Prezidentlər Zəngəzur dəhlizinin təməlini qoydular - YENİLƏNİB 26 Oktyabr 2021, 19:11 Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb 26 Oktyabr 2021, 18:57 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO 26 Oktyabr 2021, 18:44 Metroda sərnişin sıxlığına qarşı nəzarət qrupları yaradıldı 26 Oktyabr 2021, 18:37