Modern.az

“Brent” neftin qiyməti 80 dolları ötdü

“Brent” neftin qiyməti 80 dolları ötdü

Aktual

28 Sentyabr 2021, 09:12

“Brent” markalı neftin qiyməti son üç ildə ilk dəfə 80 dolları ötüb.

 

Modern.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:16-da “Brent”in noyabr fyuçersləri bir barrelə görə 0,83% bahalaşaraq 80,35 dollara çatıb. Bu, 2018-ci ilin oktyabrın 23-dən bu yana ilk belə göstəricidir.

 

“WTI” markalı neftin noyabr fyuçersləri isə 0,85% bahalaşaraq bir barrelə görə 76,09 dollar təşkil edib.

 

Neft qiymətlərinin artmasına səbəb dünyada xammala olan tələbatın perspektivlərinin yaxşılaşması ilə bağlı müsbət əlamətlərdir. 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu