Arxiv
9 Oktyabr 2021, 16:20 | REPORTAJ
İranın birinci xanımı - O, İbrahim Rəisiyə 18 yaşında ərə gedib

İranın son günlər atdığı addımlar, onun qonşuları, xüsusilə də Azərbaycanla bağlı yürütdüyü siyasət dünya mediasında müzakirə olunmaqdadır.

Bu baxımdan 2021-ci iyununda İranın yeni - 8-ci prezidenti seçilmiş Seyid İbrahim Rəisi də hazırda dünyanın diqqət mərkəzində olan simalardan biridir.

İbrahim Rəisi özündən əvvəlki İran prezidentləri kimi ailəsini mediadan uzaq tutan ifrat mühafizəkar siyasətçilərdəndir.

61 yaşlı Rəisi prezident postuna gəlməzdən öncə İranın baş prokuroru və  Məhkəmə sisteminin sədri vəzifələrində işləyib.

Mühafizəkar xəttin qatı tərəfdarlarından olan İbrahim Rəisinin xanımı, övladları – ailəsi Qərb mətbuatı üçün maraq doğursa da, bu haqda bəsit informasiyalar mövcuddur.

Ümumiyyətlə, İran siyasətçilərinin xanımları çox vaxt gözəgörünməz olurlar. Başqa sözlə, ictimaiyyət arasında fəallıq göstərmirlər. Onlar insanlar qarşısında nadir hallarda görünür, tədbirlərdə iştirak etmir, mətbuata çıxmır, jurnalistlərlə təmasda olmurlar. 

Doğrudur, İbrahim Rəisinin xanımı İranın əvvəlki birinci lediləri ilə müqayisədə müəyyən qədər istisna təşkil edir, amma onun haqqında da geniş informasiya yoxdur. 

Modern.az saytı “Birinci ledilər” rubrukasında İran prezidentinin həyat yoldaşından bəhs edir.


İbrahim Rəisi İranın ən nüfuzlu din adamlarından biri - Məşhəd şəhərinin imam cüməsi Əhməd Ələmolhodanın kürəkənidir. Əhməd Ələmolhoda həm də İranın ali dini lideri Xameneinin Xorasan vilayəti üzrə nümayəndəsidir.


İranın hazırkı birinci xanımı Cəmilə Ələmolhoda (Jamileh Alamolhoda) haqda məlum olan informasiyalardan biri 55 yaşında olmasıdır. O, 1965-ci ildə İranda anadan olub. Hazırkı birinci ledi Məşhəd şəhərinin imam cüməsi Əhməd Ələmolhodanın böyük qızıdır.

İbrahim Rəisi ilə Cəmilə xanım 1983-cü ildə ailə qurublar. Bəzi məlumatlara görə, Rəisiyə ərə gedəndə Cəmilə Ələmolhoda 18 yaşında olub.

Cütlüyün iki qızı var. Adları açıqlanmayan və medianın tanımadığı prezident qızlarından biri Tehran Universitetində sosiologiya üzrə, digəri isə Texnologiya Universitetində fizika üzrə ali təhsil alıb.

İbrahim Rəisi ilə Cəmilə Ələmolhodanın iki nəvəsinin olduğu da bildirilir. Amma nə İran mətbuatı, nə də xarici KİV-lər qızlardan hansının evli, hansının subay olduğu barədə dəqiq informasiya yaymayıb.



Qeyd etdiyimiz kimi, Cəmilə Ələmolhodanın şəxsi həyatı haqqında çox şey açıqlanmır.

İranda universitet təhsili almış Cəmilə Ələmolhodanın hazırda təhsil fəlsəfəsi üzrə doktorluq dərəcəsinə malik olması bilinən informasiyalar sırasındadır.  

Maraqlıdır ki, Cəmilə Ələmolhoda ərə gedəndən sonra ali təhsil alıb.

Hələ 2017 -ci ildə keçirilən prezident seçkiləri zamanı namizədlərdən biri olmuş İbrahim Rəisi o vaxt şəxsi həyatından danışarkən demişdi: “Evləndiyimiz ilk dönəmdə həyat yoldaşımın ali təhsil almaq istədiyini görürdüm. O, oxumağı çox istəyirdi. Məndən oxumağına icazə verib-verməyəcəyimi soruşdu. Dedim mütləq oxuyacaqsan”.

Bəzi məlumatlara görə, ali təhsilli olmasına baxmayaraq, Cəmilə Ələmolhodanın dünyagörüşü ailə ənənəsindən və mühafizəkarlıqdan qaynaqlanır, yəni qadının rolunun hər şeydən əvvəl ana və arvad olmaq olduğuna inanır.

İranın birinci xanımı hazırda Şəhid Beheşti adına Tehran Universitetinin dosentidir. Xanım Ələmolhoda bu universitetdə ali təhsil fəlsəfəsi, İslamda antropologiya, tədris metodları, təhsilin idarə olunmasının nəzəri əsasları, fəlsəfi məktəblər və təhsil baxışları mövzularında dərs deyir.

O, həmçinin Şəhid Beheşti adına Tehran Universitetində Elm və Texnologiyanın Fundamental Araşdırmaları İnstitutunun rəhbəridir.
2013-cü ildə qurulan bu tədqiqat institutunun vəzifəsi elm və texnologiyanın epistemoloji və sosial aspektlərini başa düşməyə və qiymətləndirməyə əsaslanan elm və texnologiya modellərini təqdim etməkdir.

Cəmilə Ələmolhoda 2020-ci ilin martından İran Mədəni İnqilab Ali Şurasının pedaqogika komissiyasına da rəhbərlik edir.

Birinci xanım atası kimi, İslam elminin böyüməsini dəstəkləməklə məşğuldur - İslami baxımdan sosial problemləri araşdırır. O, “İslam inkişafının islam nəzəriyyəsi” kitabının da müəllifidir.

Bəzi məlumatlara görə, İbrahim Rəisi 2017-ci ildəki prezident seçkilərində namizədliyini irəli sürmək qərarı verəndə arvadı Cəmilə Ələmolhoda o vaxt bu xəbəri eşidərkən həyəcandan huşunu itiribmiş.

Cəmilə Ələmolhoda 2021-ci il prezident seçkiləri zamanı Tehrandakı qadın toplantılarında ərinin təbliğatını aparması ilə də yadda qalıb.
 

Ə.Qafarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44 Avstraliya parlamenti bağlandı 5 Dekabr 2021, 13:40 Nur-sultanda xeyriyyə festivalı 5 Dekabr 2021, 13:31 Ramiz Abutalıbovun vəziyyəti AĞIRDI   5 Dekabr 2021, 13:19 İlin ən yaxşı futbol hakimi açıqlandı 5 Dekabr 2021, 13:14 Polşa sərhədçiləri rus gəmisini saxladı 5 Dekabr 2021, 13:10 85 yaşlı kişi partlayışda öldü 5 Dekabr 2021, 12:59
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?