Arxiv
15 Oktyabr 2021, 12:35 | ANALİTİKA
Qarabağda snayper müharibəsi genişlənir

Bir neçə gün əvvəl erməni tərəfi iddia etdi ki, guya snayper atəşi nəticəsində Qarabağda yaşayan erməni həlak olub. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı rədd etsə də, Rusiya Müdafiə Nazirliyi erməni versiyasını təsdiq etdi. Bundan bir neçə gün sonra Qarabağdakı separatçılar Kəlbəcər istiqamətində hərəkət edən hərbi nəqliyyat vasitəmizə atəş açdılar, dünən isə hərbçimizi qətlə yetirdilər.

“Erməni separatçıları belə bir xəbər yaydılar ki, guya onlar atəşkəsi pozmayıblar və guya Azərbaycan hərbçiləri bir-birlərinə atəş açıblar. Bu informasiya müharibəsinin tərkib hissəsi idi”.

Modern.az xəbər verir ki, bunu vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusu erməni təxribatını və dezinformasiyasını cavabsız qoymadı.

“Azərbaycan hərbçisinin şəhid olduğu eyni gündə - oktyabrın 14-də Qarabağdakı erməni postlarından birində itkilər qeydə alındı, ölən və ağır yaralananlar var. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma olduğu bildirildi: “Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur””.


Ekspert bildirib ki, separatçılar gün ərzində Qarabağda yaşayan erməniləri sakitləşdirməyə çalışırlar.

“Açıqlama veriblər ki, atışmadan sonra vəziyyət guya sabitləşib və təhlükəyə əsas yoxdur. Erməni separatçıları anlayırlar ki, bu cür gərgin şəraitdə Qarabağdan erməni köçü arta bilər. Ancaq erməni separatçıları onu da anlamalıydılar ki, Azərbaycan hərbçisinin snayper atəşi ilə qətlə yetirilməsi cavabsız qalmayacaq. Son hadisə həm də onu göstərir ki, erməni separatçıları bölgədə postları olan rusiyalı hərbçilərə etibar etməməlidirlər. Rusiya hərbçiləri onları Azərbaycan tərəfinin intiqam əməliyyatlarından qoruya bilməyəcəklər.

Beləliklə, işğaldan əvvəlki dövrə - snayper müharibəsinə qayıtdıq. Separatçılar rusiyalı hərbçilərin arxasından Azərbaycan hərbçilərinə atəş açarkən düşünürdülər ki, özlərini qoruya biləcəklər. Ancaq bunun erməni separatçılarına faydası yoxdur. Çünki cavab atəşiylə onlar daha çox itki verirlər. Bu gərginlik Qarabağda yaşayan erməniləri də çox qorxudur və onlar gələcəkləri üçün daha çox narahat olmağa başlayıblar. Bu narahatlıq əsaslıdır. Qarabağdakı erməni separatçıları tərksilah olunmayınca vəziyyət gərgin olaraq qalacaq. Bunu hamı anlamalıdır. Snayper müharibəsini nə bölgədəki rusiyalı hərbçilər, nə də Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi qarşısını ala bilər”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çavuşoğlu qətərli həmkarı görüşdü 5 Dekabr 2021, 19:09 Azərbaycan Türkiyədən hərbi gəmi ala bilər 5 Dekabr 2021, 18:58 Putin Hindistana gedəcək 5 Dekabr 2021, 18:46 "Neftçi" "sülh"ə razılaşdı 5 Dekabr 2021, 18:36 Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?