Arxiv
15 Oktyabr 2021, 18:15 | AKTUAL
BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi

Aclıqla mübarizədə göstərdiyi səylərə, münaqişə zonalarında sülh şəraitinin yaxşılaşdırılmasına verdiyi töhfələrə görə 2020-ci ildə Nobel Sülh mükafatına layiq görülmüş BMT-nin Dünya Ərzaq Proqramının (DƏP) rəhbəri, BMT Baş katibinin müavini rütbəsində olan Devid Bisli bu münasibətlə əvvəllər uzun müddət qurumun müxtəlif strukturlarında çalışmış Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynova təşəkkürnamə ünvanlayıb. 16 Oktyabr – Dünya Ərzaq Günü ərəfəsində sahibinə çatdırılan mötəbər sənəd onun və iş yoldaşlarının sevincinə səbəb olub.

 

Modern.az xəbər verir ki, Devid Bisli rəhbərlik etdiyi təşkilatın mötəbər və nüfuzlu mükafata layiq görülməsinə Fuad Hüseynovun da öz fədakar xidməti ilə töhfə verdiyini vurğulayıb və buna görə təşəkkürünü bildirib. 

 

Dünya Ərzaq Proqramı ölkəmizdə fəaliyyətə 1994-cü ildə, Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın və köçkün vəziyyətinə düşdüyü, humanitar fəlakət təhlükəsi ilə üzləşdiyi bir vaxtda başlayıb. Respublikada siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin yaranmış vəziyyətlə əlaqədar dünya birliyinə və beynəlxalq təşkilatlara müraciəti nəticəsində digər BMT qurumları ilə yanaşı Dünya Ərzaq Proqramı da Bakıda öz nümayəndəliyini açmağı qərara almışdır. 1990-cı illərin əvvəllərində ölkəmizdə yaşana biləcək humanitar fəlakətin qarşısının alınması Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindəndir. Məhz Ulu öndərin siyasi  nüfuzu müdrik və uzaqgörən siyasəti nəticəsində donor təşkilatlar Azərbaycana dəvət edildi, onların fəaliyyəti üçün münbit şərait yaradıldı.

 

Həmin vaxt Bakı Dövlət Universitetinin biologiya fakültəsindən məzun olmağa hazırlaşan və təhsilini xaricdə davam etdirmək istəyi ilə ingilis dilini öyrənən Fuad Hüseynov nümayəndəliyin elan etdiyi vakansiyaya iddiaçı olub və müsahibədən uğurla keçərək ofis rəhbərinin loqistika məsələləri üzrə köməkçisi təyin edilib. “Bir aylıq sınaq müddətinə işə götürüldüm, amma iyirmi ilə yaxın müddətdə Bakı ofisində, həmçinin təşkilatın Romadakı baş qərargahında müxtəlif vəzifələrdə çalışmalı oldum,” – deyə Fuad müəllim Dünya Ərzaq Proqramındakı fəaliyyətini xoş duyğularla xatırlayır. Bu nüfuzlu təşkilat Azərbaycanda 2013-cü ilə qədər fəaliyyət göstərib. Son beş ildə nümayəndəliyə Fuad Hüseynov rəhbərlik edib. Onu da vurğulayaq ki, həmin vaxt Azərbaycan dünyada DƏP nümayəndəliyinə yerli vətəndaşın  rəhbərlik etdiyi ikinci ölkə olub. Bu, Fuad müəllimin şəxsi və işgüzar keyfiyyətlərinə verilən dəyərin, azərbaycanlı mütəxəssisə göstərilən etimadın təzahürüdür. 

 

DƏP iyirmi ilə yaxın fəaliyyəti dövründə Azərbaycana 165 min ton müxtəlif çeşidli ərzaq məhsulları gətirilməsini və maddi ehtiyacı olanlara, ilk növbədə, qaçqınlara və məcburi köçkünlərə çatdırılmasını təmin edib. Fuad müəllim deyir: “Dünya Ərzaq Proqramı ilə ölkəmiz arasında münasibətlər ən yüksək səviyyədə olub. Ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyev 2003-cü ildə nümayəndəliyin rəhbəri olan misirli Şərif Əmin Zahiri ölkəmizdəki səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif etmişdi. Medal sahibinə 2004-cü ildə cənab Prezident İlham Əliyev tərəfindən şəxsən təqdim olundu”.

 

Ölkə başçısı İlham Əliyevin apardığı düşünülmüş və uğurlu siyasəti nəticəsində Azərbaycanın vüsətli sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəlişi, o cümlədən qaçqın və məcburi köçkünlərin dövlət qayğısı ilə tam əhatə olunması DƏP-in ölkəmizdə fəaliyyətini dayandırmasına əsas vermişdir. Fuad müəllim bunu şərh edərkən vurğuladı ki, həmin vaxtdan Azərbaycanla bu mötəbər qurum arasında münasibətlər yeni bir mərhələyə keçib: ölkəmiz elə həmin vaxtdan  DƏP-in donorları arasında yer alır və dünyanın müxtəlif yerlərində ərzaq çatışmazlığı ilə üzləşən insanlara humanitar yardımların göstərilməsinə öz töhfələrini verir.

 

Fuad  Hüseynov deyir: “20 ilə yaxın əməkdaşı olduğum təşkilatın Nobel sülh mükafatı alması mənim üçün də çox qürurvericidir. Üstəlik, bu mükafatın maliyyə mənbəyinin hissəsini məşhur Nobel qardaşlarının vaxtilə Bakının neft mədənlərində qazanması da bizi qürurlandıran daha bir faktdır”. 

 

Komitə sədrinin müavini onu da qeyd etdi ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi-siyasi və diplomatik qüdrəti, şanlı ordumuzun rəşadəti sayəsində, şəhidlərimizin və qazilərimizin qanı-canı bahasına doğma Qarabağın işğaldan azad edilməsi nəticəsində ölkəmizdə məcburi köçkünlük dövrü də başa çatmaqdadır. Tezliklə bərpa edilib cənnətə dönəcək doğma Qarabağımızın zəngin potensialı nəinki xalqımızın rifahı naminə istifadə ediləcək, həm də Dünya Ərzaq Proqramı da daxil olmaqla beynəlxalq təşkilatlara və ölkələrə də fayda verəcəkdir.  Böyük Qayıdış və işğaldan azad olunmuş ərazilərimizin çiçəklənməsi və inkişafı köçkünlük dövrünün məntiqli sonu olacaq və dünyaya yeni nümunə modeli təqdim edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı 6 Dekabr 2021, 15:44 “Qaraheybət” şəhidlərinin ailələrinə 11 min manat sığortapulu VERİLƏCƏK 6 Dekabr 2021, 15:38 AccessBank-dan illik 11%-dək qazandıran depozit 6 Dekabr 2021, 15:33 Könüllülər Forumu başladı - FOTO 6 Dekabr 2021, 15:28 Baş Prokurorluq: “Qaraheybət” qəzasının “qara qutu”su ARAŞDIRILIR 6 Dekabr 2021, 15:23 Qadınları cinsi istismara məruz qoyan şəxsə hökm oxundu 6 Dekabr 2021, 15:20 “Pfizer” vaksinini harda pulsuz vurdurmaq olar... 6 Dekabr 2021, 15:19 500 mindən çox cərimə LƏĞV EDİLDİ 6 Dekabr 2021, 15:18 Xalq artistinə ağır itki üz verdi 6 Dekabr 2021, 15:16 Amnistiya ən çox bu şəhərdə tətbiq olunub 6 Dekabr 2021, 15:11 1921 məhkum azadlığa BURAXILIB 6 Dekabr 2021, 15:06 Şuşada tikilən məktəb gələn ilin dekabrında hazır olacaq - Nazir 6 Dekabr 2021, 15:03 Amnistiyaya düşən əcnəbilərin SAYI 6 Dekabr 2021, 15:00 Zəfər amnistiyası 3676 məhkuma şamil edilib 6 Dekabr 2021, 14:55 Rusiyada da "Omicron" aşkarlandı 6 Dekabr 2021, 14:50 Yas məclislərinə qoyulan qadağada dəyişiklik OLMAYACAQ 6 Dekabr 2021, 14:46 Həmkarlar ittifaqları arasında MEMORANDUM 6 Dekabr 2021, 14:40 Prezident və ailə üzvləri Qubada... 6 Dekabr 2021, 14:36 Qarabağ və Şərqi Zəngəzurun demoqrafik göstəriciləri açıqlandı 6 Dekabr 2021, 14:30 Putin-Bayden görüşünün gündəliyi açıqlandı 6 Dekabr 2021, 14:26 “Qaraheybət”in yarımçıq qoyduğu daha bir ömür – “Kaş balası olaydı, Ceyhunun qoxusunu ondan alaydım” 6 Dekabr 2021, 14:14 “Şollerin arxivi” filminə görə həm mükafat aldım, həm də iş təklifi - Cəlaləddin Qasımov 6 Dekabr 2021, 14:08 Müxalifət hakimiyyətə gəlsəydi, Belarus olmayacaqdı - Lukaşenko 6 Dekabr 2021, 14:02 Aberdində Azərbaycan icması ilə görüş - FOTO 6 Dekabr 2021, 13:56 UNEC-də laboratoriyaya Aziz Sancarın adı verildi - FOTO 6 Dekabr 2021, 13:50 Baş redaktor alimlərin pulunu mənimsəyib - AMEA-dan DİN-ə şikayət 6 Dekabr 2021, 13:44 Ata həbsdə olan oğluna “sovqat” apardı - FOTO 6 Dekabr 2021, 13:40 Ərzaq 3 dəfə BAHALAŞIB - İnflyasiya riski artır 6 Dekabr 2021, 13:35 Xarıbülbül simvollu corab kütləvi qəzəbə səbəb oldu - Deputat və Şəhid xanımından ETİRAZ 6 Dekabr 2021, 13:30 Rusiya - Ukrayna cəbhəsi yenidən ALOVLANIR - Hər an müharibə başlaya bilər 6 Dekabr 2021, 13:25 Mir Möhsün Nəvvabın Cıdır düzündə yerləşən məzarı bərpa olundu 6 Dekabr 2021, 13:20 Ov qaydalarını pozanlar cəzalandırıldı 6 Dekabr 2021, 13:15 Ərdoğan BƏƏ-yə səfər edəcək 6 Dekabr 2021, 13:10 Geri qayıdacaq köçkünlərin statusu ilə bağlı sənəd hökumətə TƏQDİM OLUNDU 6 Dekabr 2021, 13:06 Ukrayna-Rusiya sərhədini qanunsuz keçmək istəyən azərbaycanlılar SAXLANILDI 6 Dekabr 2021, 13:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?