Modern.az

Qonşumuzda pandemiyanın 5-ci dalğası...

Qonşumuzda pandemiyanın 5-ci dalğası...

Aktual

17 Oktyabr 2021, 16:51

Gürcüstanda koronavirus pandemiyasının beşinci dalğası başlayıb.

 

Modern.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqlamasında deyib.

 

“Yoluxanların sayı ciddi şəkildə artıb və bu da beşinci dalğanın başlanğıcı deməkdir. Təəssüf ki, bu dalğa yüksək göstəricilərlə başlayıb və bu səbəbdən maska taxmaq, məsafəni gözləmək, kütləvi toplaşmadan uzaq durmaq və vaksin olunmaq kimi tələblərə əməl etmək lazımdır”, - deyə Qamkrelidze bildirib.

 

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı 2020-ci il 26 fevralda qeydə alınıb.

 

 
 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır