Modern.az

Gülağa Aslanlının ürəyinə stent qoyuldu

Gülağa Aslanlının ürəyinə stent qoyuldu

Aktual

19 Oktyabr 2021, 19:33

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı əməliyyat olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

 

O qeyd edib ki, Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunan Gülağa Aslanlı səhər saatlarında səhhətində yaranan problemlə bağlı həkimə müraciət edib.

 

Məlumata görə, G. Aslanlının ürəyinə iki stent qoyulub, əməliyyat uğurla keçib.

 

Arif Hacılı onun səhhətinin normal olduğunu, sabah xəstəxanadan evə buraxılacağını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı