Modern.az

Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ

Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ

Aktual

20 Oktyabr 2021, 13:00

Ermənistanla Rusiya arasında təbii qazın qiymətləri ilə bağlı danışıqlar davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Moskvada səfərdə olan baş nazirin müavini Mqer Qriqoryan “Qazprom” rəhbərliyi ilə bu barədə danışıqlar aparır.

Ermənistan qazın hər min kubmetri üçün ödədiyi 165 dollar ödənişin 2022-ci ildən azaldılmasını təklif edir. “Qazprom” şirkəti isə təbii qazın dünya bazarlarında yüksək qiymətə satılmasını nəzərə alaraq qiyməti 25-30% artırmaq istəyir.

 

Ekspertlər istənilən halda, gələn ildən Ermənistanda əhaliyə satılan qazın qiymətinin artacağını təxmin edirlər.

Digər tərəfdən, 2022-ci il yanvarın 1-dən ölkədə hər 1 kubmer su üçün tarif 180 dramdan 200 drama qədər artırılıb.

 

             

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!