Modern.az

Türkiyə bu ölkə ilə hərbi müqavilə imzaladı

Türkiyə bu ölkə ilə hərbi müqavilə imzaladı

Dünya

21 Oktyabr 2021, 00:33

Türkiyə ilə Nigeriya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq barədə müqavilə imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib 

 

O qeyd edib ki, bu müqavilə ilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq dərinləşəcək.

 

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Nigeriya Prezidenti Məhəmməd Buhari təkbətək və heyətlərarası görüşlər və birgə müqavilələrin imzalanma mərasimindən sonra birgə mətbuat konfransı keçirib.

 

Ərdoğan terror təşkilatlarına, silahlı dəstələrə və dəniz quldurlarına qarşı eyni anda mübarizə aparan Nigeriya ilə hərbi müdafiə və təhlükəsizlik məsələlərində birliyin gücləndiriləcəyini qeyd edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı