Arxiv
21 Oktyabr 2021, 16:30 | AKTUAL
Azərbaycan və Qazaxıstan arasında MEMORANDUM

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanovun başçılıq etdiyi nümayəndə heyəti 21-22 oktyabr tarixində Qazaxıstana işgüzar səfəri zamanı ölkənin milli sərvət fondu “Samruk-Kazyna”nın idarə heyəti ilə görüşüb. “Samruk-Kazyna”nın baş qəraragahında keçirilən görüşlərdə tərəflər nəqliyyat-tranzit, enerji, infrastruktur və digər sahələr üzrə müzakirələr aparmış, eləcə də hər iki ölkənin sənayeləşməsi və əhalinin rifahını yaxşılaşdırılması istiqamətində həmkarları ilə müxtəlif strategiyaları müzakirə edib, təcrübə mübadiləsi aparıb.

 

Holdinqdən Modern.az-a verilən məlumata görə, müzakirələrin davamı olaraq AİH və “Samruk-Kazyna”nın rəhbərləri tərəfindən qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcək Əməkdaşlıq Memorandumu imzalanıb.

 

AİH-in baş icraçı direktoru Ruslan Əlixanov sənədlə bağlı qeyd edib: “Bu sənəd tərəflər üçün yeni bir başlanğıcdır və ölkələrimiz arasında onsuz da sıx olan əlaqələrin daha sıxlaşmasında mühüm rol oynayacaq. Əminəm ki, qarşılıqlı səylərimiz gələcəkdə həm AİH, həm də “Samruk-Kazyna”nın səmərəli nəticələr əldə etməsinə töhfə verəcəkdir.”

 

Əməkdaşlıq Memorandumunun imzalanması ilə bağlı fikirlərini bildirən “Samruk-Kazyna”nın baş icraçı direktoru Almassadam Satkaliyev qeyd edib: “Bundan sonra əməkdaşlığımız daha da güclənəcək, dərinləşəcək və daha geniş inkişaf edəcəkdir. Bu gün imzaladığımız Əməkdaşlıq Memorandumu hər iki təşkilat arasında keyfiyyətcə yeni bir səviyyədə əməkdaşlığa başlamağa imkan verir və eləcə də ölkələrimizin iqtisadi potensialının artmasına xidmət edəcəkdir.”

 

Səfər proqramı çərçivəsində AİH nümayəndə heyəti, eyni zamanda Qazaxıstan Respublikasının əsas qurumlarından biri olan Bayterek Milli İdarəetmə Holdinqinin rəhbərliyi ilə də görüş keçirib, bank və maliyyə sektorlarında potensial əməkdaşlıq ətrafında müzakirələr aparıb.

 

"Samruk-Kazyna" SC 2008-ci ildə Qazaxıstan Respublikasının Prezidentinin Fərmanına əsasən yaranıb. Biznes qurumu olan bu fondun əsas missiyası Qazaxıstan Respublikasının rifahını yaxşılaşdırmaq və gələcək nəsillər üçün davamlı gəlirliliyi təmin etməkdir. Fondun idarəetməsinə neft və qaz, nəqliyyat və logistika, eləcə də kimya və nüvə sənayesi üzrə müxtəlif dövlət qurumları daxildir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı 6 Dekabr 2021, 15:44 “Qaraheybət” şəhidlərinin ailələrinə 11 min manat sığortapulu VERİLƏCƏK 6 Dekabr 2021, 15:38 AccessBank-dan illik 11%-dək qazandıran depozit 6 Dekabr 2021, 15:33 Könüllülər Forumu başladı - FOTO 6 Dekabr 2021, 15:28 Baş Prokurorluq: “Qaraheybət” qəzasının “qara qutu”su ARAŞDIRILIR 6 Dekabr 2021, 15:23 Qadınları cinsi istismara məruz qoyan şəxsə hökm oxundu 6 Dekabr 2021, 15:20 “Pfizer” vaksinini harda pulsuz vurdurmaq olar... 6 Dekabr 2021, 15:19 500 mindən çox cərimə LƏĞV EDİLDİ 6 Dekabr 2021, 15:18 Xalq artistinə ağır itki üz verdi 6 Dekabr 2021, 15:16 Amnistiya ən çox bu şəhərdə tətbiq olunub 6 Dekabr 2021, 15:11 1921 məhkum azadlığa BURAXILIB 6 Dekabr 2021, 15:06 Şuşada tikilən məktəb gələn ilin dekabrında hazır olacaq - Nazir 6 Dekabr 2021, 15:03 Amnistiyaya düşən əcnəbilərin SAYI 6 Dekabr 2021, 15:00 Zəfər amnistiyası 3676 məhkuma şamil edilib 6 Dekabr 2021, 14:55 Rusiyada da "Omicron" aşkarlandı 6 Dekabr 2021, 14:50 Yas məclislərinə qoyulan qadağada dəyişiklik OLMAYACAQ 6 Dekabr 2021, 14:46 Həmkarlar ittifaqları arasında MEMORANDUM 6 Dekabr 2021, 14:40 Prezident və ailə üzvləri Qubada... 6 Dekabr 2021, 14:36 Qarabağ və Şərqi Zəngəzurun demoqrafik göstəriciləri açıqlandı 6 Dekabr 2021, 14:30 Putin-Bayden görüşünün gündəliyi açıqlandı 6 Dekabr 2021, 14:26 “Qaraheybət”in yarımçıq qoyduğu daha bir ömür – “Kaş balası olaydı, Ceyhunun qoxusunu ondan alaydım” 6 Dekabr 2021, 14:14 “Şollerin arxivi” filminə görə həm mükafat aldım, həm də iş təklifi - Cəlaləddin Qasımov 6 Dekabr 2021, 14:08 Müxalifət hakimiyyətə gəlsəydi, Belarus olmayacaqdı - Lukaşenko 6 Dekabr 2021, 14:02 Aberdində Azərbaycan icması ilə görüş - FOTO 6 Dekabr 2021, 13:56 UNEC-də laboratoriyaya Aziz Sancarın adı verildi - FOTO 6 Dekabr 2021, 13:50 Baş redaktor alimlərin pulunu mənimsəyib - AMEA-dan DİN-ə şikayət 6 Dekabr 2021, 13:44 Ata həbsdə olan oğluna “sovqat” apardı - FOTO 6 Dekabr 2021, 13:40 Ərzaq 3 dəfə BAHALAŞIB - İnflyasiya riski artır 6 Dekabr 2021, 13:35 Xarıbülbül simvollu corab kütləvi qəzəbə səbəb oldu - Deputat və Şəhid xanımından ETİRAZ 6 Dekabr 2021, 13:30 Rusiya - Ukrayna cəbhəsi yenidən ALOVLANIR - Hər an müharibə başlaya bilər 6 Dekabr 2021, 13:25 Mir Möhsün Nəvvabın Cıdır düzündə yerləşən məzarı bərpa olundu 6 Dekabr 2021, 13:20 Ov qaydalarını pozanlar cəzalandırıldı 6 Dekabr 2021, 13:15 Ərdoğan BƏƏ-yə səfər edəcək 6 Dekabr 2021, 13:10 Geri qayıdacaq köçkünlərin statusu ilə bağlı sənəd hökumətə TƏQDİM OLUNDU 6 Dekabr 2021, 13:06 Ukrayna-Rusiya sərhədini qanunsuz keçmək istəyən azərbaycanlılar SAXLANILDI 6 Dekabr 2021, 13:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?