Modern.az

Naftalanda quruculuq işləri davam edir

Naftalanda quruculuq işləri davam edir

Aktual

22 Oktyabr 2021, 13:51

Respublikamızda qeyri-neft sektorunun ən çox inkişaf edən sahələrindən olan turizm bir çox bölgələrin, xüsusilə Naftalan şəhərinin iqtisadiyyatının əsasını təşkil edir.

 

Modern.az xəbər verir ki, kurort şəhərinin simasının daha da gözəlləşdirilməsi və abadlaşdırılması məqsədi ilə şəhər ərazisində abadlıq quruculuq işləri davam etdirilir.

 

ŞİH başçısı Vüqar Novruzov şəhər ərazisində aparılan təmir işlərinə yerində baxış keçirib, aidiyyatı üzrə icraçılara tapşırıqlarını verib. Belə ki, çoxmənzilli yaşayış binalarının blokları rənglənir, döşəmə daşlar vurulur, giriş qapıları təmir edilir.

 

Həmçinin, şəhərin mərkəzi küçələrində səkilərə yeni tamet daşlar düzülür. Bütün bunlar şəhər sakinlərinin, şəhərə gələn yerli və xarici turistlərin rahatlığının və məmnunluğunun təmin olunması istiqamətində görülən işlərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü