Arxiv
22 Oktyabr 2021, 14:17 | AKTUAL
BMU sərgidə iştirak edib - FOTO

Bakı Mühəndislik Universiteti (BMU) Bakı Ekspo Mərkəzində təşkil olunan 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edib.

 

Modern.az xəbər verir ki, BMU ali təhsil müəssisələri arasında sərgidə təmsil olunan yeganə universitet olub. Ali təhsil ocağı sərgiyə Ukraynanın “Professor Katsenbax və tərəfdaşları” adlı mühəndislik şirkətinin, “Ukrayna İnşaat Mühəndislik və Texniki Axtarışlar İnstitutu”nun və “Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi” MMC-nin təşkilati dəstəyi və əməkdaşlığı çərçivəsində qatılıb. 

 

BMU-nun ukraynalı tərəfdaşları ilə birlikdə təmsil olunduğu stenddə universitetin mövcud ixtisasları, Koreyanın İNHA Universiteti ilə icra olunan ikili diplom proqramı, SABAH qrupları və yeni yaradılan Kibertəhlükəsizlik magistr proqramı haqqında məlumatlar buklet və roll-ap vasitəsilə nümayiş edilib. İştirakçılara universitetin fəal iki tələbəsi (Aydan Qafarova və Çinarə Mustafayeva) və Texnoparkın Baş mütəxəsisi Arif Nəcimov tərəfindən təqdim edilən stenddə, həmçinin tələbələr tərəfindən hazırlanmış müasir və innovativ evin-tikilinin maketləri də yer alıb.

 

Xatırladaq ki, bir müddət öncə BMU-nun Memarlıq və dizayn kafedrasının müəllimi, tanınmış rəssam Tünzalə Məmmədzadənin rəhbərliyi ilə universitetin Dizayn ixtisasının tələbələri Qarabağda park layihələri hazırlamışdılar. Tələbələr işğaldan azad olunmuş torpaqlarımızda istədikləri regionu seçərək həmin əraziyə uyğun park layihəsi təqdim etmişdilər. Eyni zamanda, BMU-nun Memarlıq və Dizayn kafedrasının baş müəllimi Nikrouz Forouzandeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqədə iştirak etmişdi. Onun digər memarla birlikdə təqdim etdiyi layihə münsiflər heyətinin qərarına əsasən Ağdam rayonunun Sarıcalı kəndi üzrə 3-cü yerə layiq görülmüşdü. Sözügedən sərgidə BMU-nun Memarlıq və dizayn kafedrasının tələbələri (Ayşən Bağırova, Pikəxanım Bağırova, Tükəzban Məmmədli və Hüseyn İmanov) tərəfindən hazırlanmış 3 ədəd müasir və innovativ evin-tikilinin maketi, həmçinin tələbələrin və müəllimlərin müxtəlif məzmunlu eskiz-layihələrin video nümayişi də təqdim olunub. 

 

Sərgidə Azərbaycan Respublikasının Energetika Naziri, Ukraynanın Azərbaycandakı Səfiri, Ukraynanın Azərbaycandakı Diaspora Təşkilatın sədri, Almaniyanın Bakıdakı Səfirliyindən 1-ci katib, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının rəhbəri, digər şirkətlər və ziyarətçilər stendə yaxınlaşaraq BMU haqqında zəruri məlumatlar alıblar. 

 

Eyni zamanda, BMU-İNHA ikili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang sərgiyə baş çəkib, stendlə və sərgi iştirakçıları ilə yaxından tanış olub. 

 

Qeyd edək ki, 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı”  Rebuild Karabakh sərgisi Qarabağ ərazisinin işğaldan azad edilərək geri qaytarılması və fəal şəkildə bərpa olunması ilə əlaqədar olaraq keçirilir. Dövlət qurumları və həm yerli, həm də xarici şirkətlərdən ibarət olan sərgi iştirakçıları Qarabağ ərazisində həyata keçirməyi planlaşdırdıqları və ya artıq həyata keçirdikləri layihələri, eləcə də regionu təmin etmək üçün çatdırmağa hazır olduqları məhsulları, habelə, yerli istehsalın təşkili, infrastruktur obyektlərinin inşası üzrə planları və s. bir platformada təqdim etmək üçün unikal imkan yaradılmışdır. Sərgi 3 gün (20-22 oktyabr 2021) davam edib.

 

Sərgi haqqında daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: https://rebuildkarabakh.az/az-main

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir ildə 189 vətəndaşımız minaya düşüb - RƏSMİ 9 Dekabr 2021, 14:03 Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09 Bağlanan Məktəb-Lisey Kompleksi açıldı 9 Dekabr 2021, 13:05 Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri SEÇİLDİ 9 Dekabr 2021, 13:00 Ağdam və Cəbrayılda məktəb layihələndirilməsi aparılır 9 Dekabr 2021, 12:55 Şuşada iki nəfər minaya düşərək həlak oldu 9 Dekabr 2021, 12:50 Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərimizə hücum etdi - FOTOLAR 9 Dekabr 2021, 12:45 Epidemik proses nəzarətdədir - Təyyar Eyvazov 9 Dekabr 2021, 12:40 Putinin yeni PLANI - Moskva hədəfi nəyə hesablayıb? - ŞƏRH 9 Dekabr 2021, 12:36 Rusiyaya saxta COVID-19 pasportu aparmaq istəyən şəxsə cinayət işi açıldı 9 Dekabr 2021, 12:30 Səhiyyə Nazirliyindən “omicron” ştamı ilə bağlı XƏBƏRDARLIQ 9 Dekabr 2021, 12:25 6 ildən sonra cəsədi tapılan neftçinin oğlu: “Sabah dəfn edəcəyik” 9 Dekabr 2021, 12:21 Əhalinin 60 faizdən çoxuna ikinci doza peyvənd vurulub - Baş infeksionist 9 Dekabr 2021, 12:15 Parlamentin növbəti iclasının vaxtı məlum oldu 9 Dekabr 2021, 12:10 Əhməd İsmayılov Media Ombudsmanından danışdı 9 Dekabr 2021, 12:05 Ağdamda döyüş sursatları aşkarlandı - FOTO 9 Dekabr 2021, 12:00 “Qarabağa gəlmə ermənilərin dialekti” kitabı çıxdı 9 Dekabr 2021, 11:59 Tələbələrin rəsm əsərləri Forumda maraqla qarşılanıb 9 Dekabr 2021, 11:56 “Bakı Media həftəsi” keçiriləcək - İcraçı direktor 9 Dekabr 2021, 11:53 Goranboyda vətəndaşların qəbulu keçirilib 9 Dekabr 2021, 11:50 Özünü göstərən “silah”lı şəxslərlə bağlı DİN-dən AÇIQLAMA 9 Dekabr 2021, 11:47 Klinik Tibbi Mərkəzə yeni TƏYİNAT 9 Dekabr 2021, 11:43 Jurnalist müsabiqəsinin nəticələri nə vaxt açıqlanacaq... 9 Dekabr 2021, 11:40
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?