Arxiv
24 Oktyabr 2021, 19:08 | AKTUAL
DİM imtahan nəticələrini AÇIQLADI

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirilib. İmtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Modern.az xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1595 namizəddən 47 nəfər imtahana gəlməyib.

 

İmtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 11 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 40 nəfər, BA4 altqrupu üzrə 52 nəfər, BB1 altqrupu üzrə 94 nəfər, BB2 altqrupu üzrə 101 nəfər, BB3 altqrupu üzrə 118 nəfər, BB4 altqrupu üzrə 185 nəfər olmaqla ümumilikdə 617 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

 

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.

 

Namizəd sertifikatı əldə etmək üçün oktyabrın 25-dən noyabrın 5-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

 

- ali təhsil haqqında sənədin surəti;

 

- əmək kitabçasının surəti (olduğu halda).

 

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

 

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.

 

İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 25-26-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Helikopter qəzasıyla bağlı cinayət işi AÇILDI 30 Noyabr 2021, 16:24 Helikopter qəzasında həlak olan 14 nəfərin SİYAHISI 30 Noyabr 2021, 16:12 Prezident helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verdi 30 Noyabr 2021, 16:06 Narkomanların 40-45 faizi qadın və uşaqlardır - Komitə sədri 30 Noyabr 2021, 16:00 Şəhid Səməd Rzayev anıldı 30 Noyabr 2021, 15:55 BMU ilə Fond arasında memorandum 30 Noyabr 2021, 15:50 Lavrov Blinkenlə görüşəcək 30 Noyabr 2021, 15:44 Hulusi Akar Elçin Quliyevə və Zakir Həsənova ZƏNG ETDİ 30 Noyabr 2021, 15:38 Facebook-un aktiv DEPUTATLARI - Bəzi xanımlar kişiləri geridə qoyur 30 Noyabr 2021, 15:33 Bakıda daha bir məktəb koronavirusdan BAĞLANDI 30 Noyabr 2021, 15:27 İranda daha 119 nəfər koronavirusdan öldü 30 Noyabr 2021, 15:21 Çavuşoğlu Ceyhun Bayramova başsağlığı verdi 30 Noyabr 2021, 15:15 Dindarlar niyə qalstuk taxmır? 30 Noyabr 2021, 15:09 Rüsumsuz gətirilən malların limiti azaldılıb? 30 Noyabr 2021, 15:04 Havanın kəskin dəyişməsinin  SƏBƏBLƏRİ 30 Noyabr 2021, 15:00 Çavuşoğlu ATƏT-in iclasına gedəcək 30 Noyabr 2021, 14:55 “Omricon”dan qorunmaq üçün III doza ÇAĞIRIŞI 30 Noyabr 2021, 14:50 Bank kartlarından pul OĞURLADILAR 30 Noyabr 2021, 14:45 Bu il əlillik təyin edilən şəxslərin SAYI 30 Noyabr 2021, 14:40 Müəllimlərin dərs saatı bölgüsündə NARAZILIQ 30 Noyabr 2021, 14:35 Magistraturaya hazırlaşanlar üçün sınaq İMTAHANI 30 Noyabr 2021, 14:30 Cahit Bağçı Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:26 73 mülki şəxs minaya düşüb - 24 nəfər ölüb 30 Noyabr 2021, 14:23 Türkiyə Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:20 Yeni Avrasiya kiminlə və necə qurulur? - TƏHLİL 30 Noyabr 2021, 14:14 Prezident pakistanlı naziri qəbul etdi 30 Noyabr 2021, 14:08 Aşqabad zirvəsi 30 Noyabr 2021, 14:05 3 avtobus sürücüsü narkotiklə TUTULDU 30 Noyabr 2021, 14:03 Yüksək postlar ancaq kişilər üçün “bron” edilib? 30 Noyabr 2021, 14:00 “Nar”dan DƏSTƏK 30 Noyabr 2021, 13:59 Həbsdə olan jurnalistin səhhəti pisləşib 30 Noyabr 2021, 13:57 Bakıda Aşıq Ələsgərə abidə qoyulacaq - SƏRƏNCAM 30 Noyabr 2021, 13:53 Süleyman Rüstəmin Vilayət Quliyevə iradı: “Get, harada istəyirsən yaz!” 30 Noyabr 2021, 13:49 3 baş nazirləri bir arada 30 Noyabr 2021, 13:43 “Omicron” təhlükəli deyil 30 Noyabr 2021, 13:42
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?