Modern.az

Hadi Rəcəbli HARALARDADI...

Hadi Rəcəbli HARALARDADI...

Parlament

25 Oktyabr 2021, 12:45

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Bu dəfə çoxdandır mətbuatda görünməyən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin harada olduğunu öyrənməyə çalışdıq.

Axtarışımız səbəbsiz deyildi. Çünki bu gün – 25 oktyabr tarixi Hadi müəllimin doğüm günüdür.

74 yaşını tamamlayan Hadi Rəcəbli haralardadı?

Modern.az-ın əməkdaşı Hadi Rəcəbli ilə əlaqə saxlayaraq, öncə onun ad gününü təbrik edib, sonra harada olduğunu soruşub.

“Ad günümü təbrik edən hər kəsə təşəkkür edirəm. Hər il olduğu kimi, bu dəfə də insanların diqqətini hiss etdim",- deyən sabiq deputat bildirib ki, doğum gününü Bakıda, nəvələrinin arasında keçirir:


“Hər şey qaydasındadır, yaxşıyam. Bakıda, evimdə nəvələrimlə vaxt keçirirəm. Doğum günümü onlarla qeyd edəcəm”.


Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.

Əmək fəaliyyətinə 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə kimi başlayıb. Sonra bu zavodda mühasib, texnoloq, iqtisadçı işləyib.

1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinskiy raboçiy” qəzetinin xüsusi müxbiri olub.

Hadi Rəcəbli 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb.

1981-ci ildən Azərbaycan KP MK-nın Təşkilat-partiya işi şöbəsinin inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.

Hadi Rəsəbli on birinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Sonuncu dəfə 2015-ci ilin noyabrında 74 saylı Lənkəran kənd seçki dairəsindən Milli Məclisə deputat seçilmiş, 2020-ci ildə səlahiyyətlərini başa vurmuşdu.

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisində Əmək və sosial siyasət komitəsinin sədri olmuş H.Rəcəbli Azərbaycan–Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Çin, İran, Koreya, Serbiya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.

Evlidir, 4 övladı var.

Siyasi elmlər doktoru Hadi Rəsəbli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və kadr siyasəti kafedrasının professorudur.

O, həm də Yeni Azərbaycan Partiyasının üzvüdür.

2007-ci ildə «Şöhrət» ordeni ilə təltif olunmuş sabiq deputat 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir