Modern.az

Ukrayna "Bayraktar"ı işə saldı

Ukrayna

Dünya

27 Oktyabr 2021, 00:45

Ukrayna Donbasdakı separatçılara ilk dəfə Türkiyə istehsalı "Bayraktar TB2" pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Qərargahın mətbuat xidməti PUA-nın təmas xəttini keçmədiyini bildirib.

 

Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə Ukrayna ordusunun PUA ilə aviazərbə endirməsi barədə video yayılıb. Videoda Türkiyə istehsalı "Bayraktar TB2"nin Sovet dövründən qalma D-30 topunu məhv etməsi görünür.

 

Ukrayna 2020-ci il dekabrın 14-də Türkiyə ilə ölkənin silahlı qüvvələri üçün hərbi gəmilər və zərbə tipli PUA-ların istehsal edilməsi ilə bağlı müqavilə imzalayıb. Qeyri-rəsmi məlumatlara görə, bu müqavilənin məbləği 69 milyon dollar olub.

 

Ukrayna müdafiə naziri Andrey Taran oktyabrın 13-də bildirib ki, Ukraynada Türkiyə istehsalı PUA-lar üçün xidmət və təlim mərkəzi qurulacaq.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi