Arxiv
27 Oktyabr 2021, 12:24 | TƏHSİL
Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliyə AYDINLIQ GƏTİRDİ

“Bu il yox, gələn tədris ilində birinci qrup üzrə imtahan verən və informatika ixtisasını seçmək istəyən abituriyentlər üçün kimya fənnindən deyil, informatikadan imtahan vermək şansı yaradılacaq”.

 


Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

 

M.Ababszadə deyib ki, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir:

 

“Yəni “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib. Bu da abituriyentlər üçün əlavə imkan deməkdir. Universitetlərin tələbləri də nəzərə alınaraq, elə şəxslər oxumalıdır ki, coğrafiyadan orta məktəb səviyyəsində biliklərə malik olsunlar.

Adı çəkilən hər iki ixtisas üçün coğrafiya bilikləri vacibdir. Universitetlər də məhz bu bilikləri tələb etdiyindən, coğrafiya fənni üzrə biliklər xüsusi nəzərə alınacaq. Beləliklə, sırf bu ixtisası seçmək istəyən abituriyentlər Ədəbiyyat fənni əvəzinə coğrafiyadan imtahan verəcəklər”.

 

O digər ixtisas qrupları üzrə məlumatları da diqqətə çatdırıb:


“Əvvəlki qəbul imtahanında II qrup üzrə 13 642 yer təklif edilmişdi, amma cəmi 16 min şəxs qeydiyyatdan keçmişdi. Onlardan 8000 nəfər 150 baldan yuxarı nəticə göstərib, müsabiqəyə buraxılmışdı. Yəni, biz artıq yer seçimi elan olunmadan bilirdik ki, II qrupda kifayət qədər boş yer qala bilər.


III qrup üzrə isə 12 853 yer təqdim edilmişdi, sənəd verən 21 min adamdan 16 567 nəfər 150 baldan yuxarı nəticə göstərib müsabiqəyə qatılmışdı. Əvvəldən proqnoz etmişdik ki, təxmini 4000 adam qəbul olmayacaq. Subbakalavrlardan cüzi hissə lazımi nəticə əldə edərək qəbul ola bilmişdi”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ailənin 5 üzvü dəm qazından zəhərləndi 30 Noyabr 2021, 00:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 29 Noyabr 2021, 23:54 Konqoda qaçqın düşərgəsinə hücum: 20 ölü 29 Noyabr 2021, 23:29 Polisdən mülki geyimdə REYD 29 Noyabr 2021, 23:03 Qlobal səylər səfərbər edilir 29 Noyabr 2021, 22:46 Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa HAZIRDIR 29 Noyabr 2021, 22:32 Aİ rəsmisi təhsil naziri ilə danışıqlar APARDI 29 Noyabr 2021, 22:22 “Omikron” ştammı İsveçdə 29 Noyabr 2021, 22:09 İstanbulda məktəblər  BAĞLANDI 29 Noyabr 2021, 21:53 Emin Əmrullayev Dünya Bankının rəsmisi ilə GÖRÜŞDÜ 29 Noyabr 2021, 21:40 Aİ yeni media qanunu hazırlayır 29 Noyabr 2021, 21:24 Belarusdan Ukrayna ilə sərhəddə təlim QƏRARI 29 Noyabr 2021, 21:03 Xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb 29 Noyabr 2021, 20:47 “Twitter”in rəhbəri istefa VERDİ   29 Noyabr 2021, 20:37 Əks-göstəriş sertifikatı ilə bağlı yeni qaydalar 29 Noyabr 2021, 20:23 İranda helikopter qəzası 29 Noyabr 2021, 20:11 Əlaqələndirmə mərkəzlərində vətəndaşlara göstəriləcək xidmətlər 29 Noyabr 2021, 19:52 COVID sertifikatının verilmə QAYDASI 29 Noyabr 2021, 19:33 COVID-19-la bağlı sertifikatlar TƏSDİQLƏNDİ 29 Noyabr 2021, 19:21 Türkiyədə qasırğa - 4 nəfər ÖLDÜ 29 Noyabr 2021, 19:19 Yeni il qabağı karantinə nəzarət GÜCLƏNDİRİLİR 29 Noyabr 2021, 19:10 Operativ Qərargahdan "Omicron"la bağlı TAPŞIRIQ 29 Noyabr 2021, 19:07 2 rayonda qaz OLMAYACAQ 29 Noyabr 2021, 18:50 Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR 29 Noyabr 2021, 18:42 Ermənistanın Azərbaycana  kiberhücumları - VİDEO 29 Noyabr 2021, 18:21 Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya APARILDI 29 Noyabr 2021, 18:05 Fəlsəfə doktorluğu üçün QEYDİYYAT 29 Noyabr 2021, 18:00 Putin xüsusi nümayəndəsini İrana göndərdi 29 Noyabr 2021, 17:55 XİN rəhbərləri arasında məsləhətləşmə 29 Noyabr 2021, 17:50 Aşağı Gövhərağa məscidi bərpa olunur 29 Noyabr 2021, 17:46 Dolların məzənnəsi sabit qaldı 29 Noyabr 2021, 17:42 Bolqarıstanlı xanım Azərbaycanda nazir müavini TƏYİN EDİLDİ 29 Noyabr 2021, 17:38 Yaponiyada güclü ZƏLZƏLƏ 29 Noyabr 2021, 17:32 Gənclər və idman nazirinin yeni müavini - DOSYE 29 Noyabr 2021, 17:26 Futbol klublarına dəstək fondu yaradılacaq 29 Noyabr 2021, 17:20
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?