Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın doğulduğu evə tarixi abidə statusu verilib.
Modern.az xəbər verir ki, bu barədə Argentina Prezidenti Alberto Fernandes sərəncam imzalayıb.
Tarixi abidə statusu alan ev Buenos-Ayresdə yerləşir. Maradona 1960-cı il oktyabrın 30-da həmin evdə anadan olub. Üç otaqdan ibarət olan evin yanında Maradonanın ilk məşqinə başladığı futbol meydançası var.
Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də ürək çatışmazlığından dünyasını dəyişib.