Modern.az

Amerikalıların 85%-i siyasi sistemlərindən NARAZIDIR

Amerikalıların 85%-i siyasi sistemlərindən NARAZIDIR

28 Oktyabr 2021, 00:25

 “Pew” Araşdırma Mərkəzi 2021-ci ilin fevral ayında inkişaf etmiş iqtisadiyyata malik 17 ölkədə apardığı sorğunun nəticələrini açıqlayıb.

 

Modern.az xəbər verir ki, sorğu dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda baş tutub.

 

Sorğuda amerikalıların öz sistemlərindən ən çox narazı olan xalqlardan biri olduğu ortaya çıxıb. ABŞ-da sorğuda iştirak edən yetkin insanların 85 faizi siyasi sistemlərində əhəmiyyətli dəyişikliklərin olmasını, 76 faizi səhiyyə sistemində, 66 faizi isə iqtisadiyyatda böyük dəyişikliklərin olmasını istəyir.

 

Sorğunun nəticələrinə görə, orta hesabla 56 faiz respondent öz siyasi sistemlərinin böyük dəyişikliklərə və ya total islahatlara ehtiyacı olduğunu düşünür. İtaliya, İspaniya, ABŞ, Cənubi Koreya, Yunanıstan, Fransa, Belçika və Yaponiyada da əhalinin təxminən üçdə ikisi və ya daha çoxu bu fikirdədir.

 

Sorğuda iştirak edən 17 ölkədən 13-nün vətəndaşları bildiriblər ki, onların siyasi sistemləri böyük dəyişikliklərə ehtiyac duyur.

 

Siyasi sistemdə dəyişiklik istəyən amerikalılar çox olsa da, insanların əksəriyyəti bu məsələdə ümidli deyil. Eyni tendensiya digər ölkələrdə də müşahidə olunur. Amerikalıların və Cənubi Koreyalıların ən azı 58 faizi siyasi sistemdəki dəyişikliklərə şübhə ilə yanaşdığını bildirib. İtaliyada (73 faiz), İspaniyada (64 faiz) və Yunanıstanda (58 faiz) respondentlər oxşar fikirlər ifadə ediblər.

 

Sorğunun nəticələrinə görə, amerikalıların yalnız 41 faizi demokratiyanın işindən razıdır.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu