Arxiv
28 Oktyabr 2021, 17:20 | AKTUAL
“Azərbaycanın tarixi zəfəri” - Videokonfrans

Oktyabrın 28-də Milli Məclisin Regional məsələlər komitəsi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə Azərbaycan  Prezidenti,  Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış qələbənin ildönümünə həsr edilmiş “Azərbaycanın tarixi zəfəri”  mövzusunda videokonfrans keçirilib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, konfransda Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərliyi və nümayəndələri, həmçinin 61 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrləri iştirak ediblər.

 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov şəhidlərimizin xatirəsini yad edərək,  qazilərimizə, Vətən müharibəsi iştirakçılarına dərin hörmət və ehtiramını ifadə edib.  O, qüdrətli Azərbaycan dövlətinin qurucusu  Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolun Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün təmin olunması, işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin, möhtəşəm layihələrin həyata keçirilməsi tariximizin ən əlamətdar hadisələrindən biridir.

 

Siyavuş Novruzov qazanılan bu tarixi zəfərin möhtəşəm akademik biliyə, mükəmməl təcrübəyə, misilsiz səriştəyə sahib olan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin təntənəsi olduğunu qeyd edib. 

 

Sonra Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, akademik Nizami Cəfərov, komitənin digər üzvü Aqil Məmmədov “Azərbaycanın tarixi zəfəri”  mövzusunda geniş məzmunlu çıxış ediblər.

 

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov, Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov, Sumqayıt bələdiyyəsinin üzvü, Vətən müharibəsi iştirakçısı Orxan Adıgözəlzadə, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədr müavini Rufanə Əliyeva, Nizami bələdiyyəsinin sədr müavini Heydər Rəhimov  44 günlük müharibə zamanı Azərbaycan bələdiyyələrinin, bələdiyyə üzvləri və qulluqçularının müharibədə iştirakı, Vətən qarşısında xidmətlərindən danışıblar.

 

Sonra onlayn konfransda mövzu ətrafında müzakirələr aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhvil verilən erməni hərbçilərin adları açıqlandı 4 Dekabr 2021, 21:14 Rusiyanın Suriyada kürd HƏMLƏSİ 4 Dekabr 2021, 21:01 Bayden və Putin bu tarixdə danışacaq 4 Dekabr 2021, 20:47 Ukraynaya daha çox "Bayraktar" SATILIB? 4 Dekabr 2021, 20:33 “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb” 4 Dekabr 2021, 20:16 "Qarabağ" "Sabah"ı darmadağın etdi - Qış çempionu oldu 4 Dekabr 2021, 20:13 İndoneziyada vulkan püskürdü - Ölü və yaralılar var 4 Dekabr 2021, 20:07 Şabranda quşçuluq sexində yanğın 4 Dekabr 2021, 19:55 "Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26 Aziz Sancar səfirlə birgə Şuşada - FOTO 4 Dekabr 2021, 15:18 “Yevlax Pilot Aqropark”ı açıldı 4 Dekabr 2021, 15:10
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?