Modern.az

“Ermənistan Türkiyənin forpostuna çevriləcək” – Rusiyalı politoloqdan PROQNOZ

“Ermənistan Türkiyənin forpostuna çevriləcək” – Rusiyalı politoloqdan PROQNOZ

Dünya

2 Noyabr 2021, 13:58

Ermənistan Türkiyənin Cənubi Qafqazdakı forpostu olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Qlobal Problemlər İnstitutunun direktoru, politoloq Mixail Delyagin bildirib.


Politoloqun fikrincə, Ermənistan son illər Moskvaya Gürcüstanı xatırlatmağa başlayıb.

 

“Rusiyaya görə, son 20 ilin siyasi diskussiyalarında iqtisadi cəhətdən zəif olan Ermənistan qətiyyətli insanların məskunlaşdığı yer kimi görünürdü. Amma inqilabdan sonra vəziyyət dəyişdi. Ermənistan Gürcüstanı xatırlatmağa başladı. Sonda isə Gürcüstanın səhvlərini təkrar edərək ərazilər itirdi”.

 

Delyagin sülh müqaviləsinin imzalanması, nəqliyyat kommunikasiyalarının və sərhədlərin açılmasından sonra Ermənistanın fərqli ölkəyə çevriləcəyini düşünür. Onun fikrincə, Ermənistan hərbi-siyasi və iqtisadi sahibini dəyişərək, zamanla Rusiyanın deyil, Türkiyənin forpostuna çevriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi