Modern.az

Rusiya liderlərin Brüssel görüşünün əhəmiyyətini azaldır - ŞƏRH

Rusiya liderlərin Brüssel görüşünün əhəmiyyətini azaldır - ŞƏRH

25 Noyabr 2021, 16:44

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk əvvəl Bakıya gələrək İlham Əliyevlə, sonra isə Ermənistana gedərək Nikol Paşinyanla görüşüb. Görüşdə əsasən kommunikasiya xətlərinin açılması məsələsi müzakirə edilib.


Soçi görüşündən iki gün öncə səfər nədən xəbər verir?


“26 noyabr Soçidə Azərbaycan, Rusiya və Ermənistan arasında görüş keçiriləcək. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun öncə Bakıya, sonra Ermənistana getməsi də bu görüşlə bağlıdır”. 

Bu sözləri Modern.az-a siyasi şərhçi Elman Vəliyev deyib.

Onun sözlərinə görə, Overçuk Kremlin sözünü çatdırmağa, tərəfləri məlumatlandırmağa, müzakirə predimetilərini bildirməyə gəlib:


“Tərəflər üçtərəfli işçi qrupunun yaradılmasına çalışacaqlar. Bu işçi qrupu delimitasiya və demarkasiya, kommunikasiya sistemləri məsələsini həll etmək üçündür.

Paşinyan Rusiyadan Azərbaycandakı erməni diversantlarını istəyəcək. Soçi görüşündə də buna toxunulacaq. Hesab edirəm ki, Azərbaycan tərəfi şərtlərini yerinə yetirildiyi təqdirdə əsirləri geri qaytara bilər.

İki tərəf arasındakı məsələlər Soçi görüşündə həll oluna bilər. Görüş qapalı divarlar arxasında bir neçə saat davam edəcək. 10 noyabr bəyanatının yerdə qalmış müddəaları müzakirə edilərək, icra üçün addımlar atılacaq. Kreml çalışacaq ki, əsas məsələləri həll etsin ki, 15 dekabr tarixli Brüssel görüşü sadəcə diplomatik danışıqlar roluna malik olsun. Rusiya istəməz ki, bu məsələni kənar qüvvələr həll etməyə çalışsın”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü