Modern.az

Saakaşvili bu gün məhkəməyə çıxarılır

Saakaşvili bu gün məhkəməyə çıxarılır

Aktual

2 Dekabr 2021, 09:37

Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Sabiq prezident külli miqdarda dövlət vəsaitinin israfçılığı ilə bağlı məhkəməyə çıxarılır.

Məhkəmə ilə paralel olaraq,Vahid Milli Hərəkat Partiyası etiraz aksiyası təşkil edəcək.

Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür