Modern.az

Almaniyanın \"İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH

Almaniyanın \

9 Dekabr 2021, 14:00

Almaniyada uzun müddətdən sonra hakimiyyətə 3 partiyalı koalisiya gəldi. Sosial Demokrat (qırmızılar), Yaşıllar və Azad Demokrat (sarılar) partiyalatından ibarət yeni hökumət bir çox sahədə dəyişikliklər edəcəklər. Yeni hökumətə sabiq kansler Angela Merkelin maliyyə naziri olmuş Olaf Şolts başçılıq edəcək.

Hökumətin proqramına əsasən sosial və iqlim məsələləri daxil olacaq, amma siyasi məsələlər də geri qalmayacaq!

Modern.az-ın məlumatına görə, Almaniyadakı hakimiyyət dəyişikliyini şərh edən poltoloq İlqar Vəliyev bildirib ki, sabiq kansler Merkelin vaxtında Almaniya-Rusiya münasibətləri nizamlı şəkildə davam edirdi, hətta Rusiya "Şimal axını 2" layihəsini həyata keçirə bildi. Bu layihə vasitəsilə Rusiya qazı Almaniya və digər Avropa ölkələrinə çatdırılır.

“Hesab edirəm ki, yeni hökümət Amerika ilə münasibətləri daha da möhkəmləndirməyə çalışacaq. Ancaq ilk Rusiya yeni hökümətlə dialoqlara başlayacaq, çünki Almaniya ilə nizamlı diplomatiya Rusiyaya lazımdır. Almaniya da Ukrayna məsələsinə görə narahatdır. Rusiya bilir ki, Ukraynaya qarşı təzyiqlər etsə, Almaniya qaz layihəsinə sanksiyalar tətbiq edə bilər, bəlkə də daha artığını...”.

İ.Vəliyev deyib ki, "İşıqfor hökuməti” Türkiyə ilə əlaqələri möhkəmləndirəcək, hətta miqrantlar məsələsinə görə yardımlar belə edə bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?