Modern.az

Timoşenko Yanukoviçi “AntiUkrayna diktatoru” adlandırdı

Timoşenko Yanukoviçi “AntiUkrayna diktatoru” adlandırdı

23 Fevral 2010, 09:52

Ukraynada keçirilmiş prezident seçkilərində məğlub olmuş baş nazir Yuliya Timoşenko rəqibi Regionlar Partiyasının lideri Viktor Yanukoviçi milli xəyanətdə ittiham edir. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Timoşenko bu barədə xalqa televiziya müraciətində bildirib. O, bir daha bəyan edib ki,  Viktor Yanukoviçi ölkənin prezidenti hesab etmir. Timoşenko seçkiləri saxta adlandırıb. Çıxışında  Timoşenko Yanukoviçi “AntiUkrayna diktatoru” adlandıraraq onun prezident postunda çox qala bilməyəcəyini deyib: “Mən onu da bəyan etmək istəyirəm ki, onunla heç bir şəraitdə birgə koalisiya yaratmayacam” deyən Timoşenko Yanukoviç komandasını ölkənin qaz-nəqliyyat sistemini özəlləşdiriməkdə ittiham edib. Timoşenkonun Yanukoviçə qarşı sərt ittihamları bununla bitmir.

“Onlar ölkənin strateji qaz ehtiyatlarını ələ keçirmək üçün Stokholm məhkəməsində Ukraynaya qarşı vəsatət qaldırıblar. Yeni prezidentin komandası Ukrayna dövləti əleyhinə çıxış edir. Və bu, hələ başlanğıcdır. Bu gün Ukraynanın müstəqilliyi üçün təhlükə mövcuddur”,-deyə Timoşenko bildirib. O, Yanukoviçin prezidentliyinə əngəl ola bilməyəcəyi təqdirdə müxalifətə keçəcəyini də bildirib.

Timoşenkonun çıxışı Regionlar Partiyasında narahatlıq yaradıb.  Regionçular qeyd edirlər ki, Timoşenkonun bəyanatı  “vətəndaş qarşıdurması”na çağırışdır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...