Modern.az

Abbas Abbasov: “Mən heç kimlə rəqabət aparan adam deyiləm” - MÜSAHİBƏ

Abbas Abbasov: “Mən heç kimlə rəqabət aparan adam deyiləm” - MÜSAHİBƏ

28 Yanvar 2013, 12:03

Modern.az Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatın (“Azerros”un) Moskvada keçirilmiş qurultayından sonra təşkilatın Ağsaqqallar Şurasının sədri seçilmiş Abbas Abbasovun SalamNews-a müsahibəsini təqdim edir:

- Sizin “Azerros”un Ağsaqqallar Şurasına sədr seçildiyinizdən sonra təşkilatınızın Ümumrusiya Azərbaycan Konqresi ilə münasibətləri necə tənzimlənəcək?  

- Konqresin və "Azerros"un öz vəzifələri var. Amma hər hansı təşkilat azərbaycanlılarla bağlıdırsa, onun bir amalı olmalıdır – Azərbaycan, azərbaycanlılar, Rusiyada yaşayan azərbaycanlılar, əmək miqrantları, Rusiyada çalışanlar, işləyənlər, onların problemləri, güzaranlarının yaxşılaşdırılması və onlara şərait yaradılması. Əsas amil budur. Bilirsiniz, Rusiyada Azərbaycanla bağlı təşkilat yaranırsa, onun bir amalı olmalıdır – azərbaycanlılar. Başqa rəqabət olmamalıdır,- ÜAK "Azerros" ilə rəqabət aparsın, – belə şeylər yolverilməzdir.
Bizim başqa təşkilatımız da var Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) – adını "Milyarderlər İttifaqı" qoyublar. Hamının bir amalı olmalıdır – millətimiz, xalqımız, Vətənimiz və yaşadığımız ölkədəki iqlim, siyasi, ictimai sabitlik. Əsas məqsəd budur. Mən heç kimlə rəqabət aparan adam deyiləm.

- Siz RATİ-nin sədr vəzifəsində qalırsınız, yoxsa çıxmısınız? RATİ-nin ÜAK ilə səyləri birləşdirmək haqqında təklifi qüvvədə qalırmı? RATİ Rusiyadakı Azərbaycan təşkilatlarının əlaqələndirici qurumu kimi fəaliyyətini davam etdirəcəkmi?  

- Bəli. RATİ də Ağsaqqallar Şurası kimi təşkilatdır, qurumdur. İndi kimsə nədənsə narahat olursa, yalnız onu deyə bilərəm ki, mənim bir amalım var – Azərbaycan, azərbaycanlılar və yaşadığım ölkə və onun qanunvericiliyinə uyğun hərəkət etmək. Yerdə qalan ixtilaflarla, cürbəcür söhbətlərlə işim yoxdur. İstəyirəm ki, bunu siz düzgün anlayasınız, başqa fikrim və amalım yoxdur. Xalqımdır, ölkəmdir, prezidentimizdir. Mən 15 il Azərbaycan hökumətinin rəhbərlərindən olmuşam. Mən bu illər ərzində Heydər Əliyevin duası ilə yaşamışam. Ona görə də heç bir problem yoxdur.

- “Azerros”da ilk addımlarınız hansılar olacaq?  

- Bilirsiniz, hələlik təşkilati məsələlərə diqqət ayrılacaq. İş davam edir. Qurultayın nəticəsi olaraq, özünüz də gördünüz ki, “Azerros”da çalışan insanların hamısı öz mövqeyində, öz vəzifələrində qaldılar. Ancaq, əlbəttə, biz hazırlıq işləri görməliyik ki, işimizi daha da canlandıraq. Bu istiqamətləri daha da canlandıraq və ümumi məqsəddə çalışaq ki, burada yaşayan azərbaycanlıların perobelmlərinin həllində yaxından iştirak edək.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir