Arxiv
6 Fevral 2013, 23:38 | MÜSAHİBƏ
Prezident və Birinci xanımın “Baku” jurnalına MÜSAHİBƏSİ: “Məqsədimiz inkişaf etmiş, güclü, azad ölkədə yaşamaqdır”

 “Baku”: Ötən 5 il ərzində ölkənin bütün sahələrində aşkar dəyişikliklər göz qabağındadır. Bu gün ölkəniz yüksək inkişaf dinamikası ilə seçilir. Azərbaycan sözsüz ki, regionda lider dövlətdir. Bu uğurun sirri nədədir?

Azərbaycan artıq böyük idman ölkəsidir. İdmançılarımız Olimpiya oyunlarında, beynəlxalq idman yarışlarında böyük uğurlar qazanırlar. Azərbaycan idmanın müxtəlif növləri üzrə Avropa və beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edir. Bütün ölkədə olimpiya idman kompleksləri tikilir. Bu məqamda Avropa Komitəsinin Baş Assambleyasının Birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi barədə qərarını xüsusi qeyd etmək istəyirəm. Bu mühüm tarixi qərardır.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Azərbaycan xarici siyasət sahəsində böyük uğurlara nail olub. Ölkəmizin rolu beynəlxalq miqyasda da möhkəmlənir. Bu gün Azərbaycanın maraqları nəzərə alınmadan regionda heç bir layihə həyata keçirilmir. Biz beynəlxalq təşkilatlar çərçivəsində dünyanın əksər ölkələri ilə uğurlu əməkdaşlıq edirik. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin inkişafının sübutu idi.

Ancaq bütün bunlarla bərabər, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabaş münaqişəsi hələ də öz həllini tapmayıb. Ermənistanın təcavüzkar siyasəti Azərbaycan torpaqlarının 20 faizinin işğalına gətirib çıxarıb. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köşkün düşüb. BMT-nin Təhlükəsizlik Şurasında qəbul edilən 4 qətnamə işğal olunmuş torpaqlarımızdan erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qeyd olunan qətnamələrdən başqa ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb ediblər. Bizim mövqeyimiz ondan ibarətdir ki, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həll edilməlidir.

“Baku”: Mehriban xanım, cənab prezident tərəfindən sadalananların sirrini nədə görürsünüz?

 Birinci xanım: Şübhəsiz ki, Azərbaycanın dinamik inkişafında məqsədyönlü siyasi və iqtisadi islahatların, neft strategiyasının, neft-qaz gəlirlərindən səmərəli istifadənin və güclü sosial siyasətin rolu böyükdür. Bütün bunların mərkəzində insan faktoru dayanır. Hər şey insan üçündür. Onun azadlığını, təhlükəsizliyini, yaşayışını təmin etmək dövlətin əsas vəzifəsidir. Biz 21 ildir ki, müstəqil dövlətik. Müstəqillik - bizim xalqımız üçün çoxdan gözlənilən, qiymətli dəyər idi. Məqsədimiz və arzumuz inkişaf etmiş, güclü, azad ölkədə yaşamaqdır. Sözsüz ki, bu, çox güclü motivasiyadır. Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə real və obyektiv imici formalaşıb. Biz öz tarixi köklərimizə, ənənələrimizə bağlıyıq. Bununla belə dünyaya açığıq. Bizim üçün dözümlülük, tolerantlıq, multikulturalizim təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu, Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir. Bu gün ölkəmiz siyasi, mədəni və iqtisadi sferalarda çox sayda beynəlxalq konfrans, forum və görüşlərin keçirildiyi ölkədir. Bu qədim ənənələrin müasir tendensiyasıdır.

Ölkəmizə gələn hər bir qonaq xalqımızın qonaqpərvərliyi və genişürəkliliyinin şahidi olur. Buna ən yaxşı misal ötən il ölkəmizdə keçirilən “Avroviziya- 2012” musiqi yarışmasıdır. Biz təşkilatçılardan belə bir mədəni tədbirin yüksək səviyyədə keçirilməsinə görə layiqli qiymət aldıq. Bütün dünyadan minlərlə qonaq ölkəmizlə tanış oldu, Bakının gözəlliyinə əmin oldu və xalqımızın sülhsevərliyinə, qonaqpərvərliyinə heyran qaldı. Bizim nəslin bəxti gətirib ki, Azərbaycanın böyük dəyişiklik proseslərinin şahidi və iştirakçısı ola bilərik. Sadəcə Vətəni sevmək və onu qiymətləndirmək lazımdır.

Prezident: Bu gün hər bir azərbaycanlı fəxr edə bilər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Biz bunu görürük, qonaqlarımız da etiraf edir. Təsadüfi deyil ki, 2009-cu ildə Bakı İSESKO-nun islam mədəniyyəti paytaxtı elan edilmişdi. Bu, bizim paytaxtımıza verilən böyük qiymət idi. Bu gün Bakıda genişmiqyaslı infrostruktur layihələri həyata keçirilir. Sevindirici haldır ki, müasirləşən Bakı öz tarixi simasını da qoruyub saxlayıb. Özündə Avropa və şərq arxitekturasını birləşdirən paytaxtımıza gələn qonaqların sayı durmadan artır. Bu gün Bakı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Biz gələcəkdə də Bakının inkişafı üçün tədbirlərimizi davam etdirəcəyik.

 “Baku”: Həyatınızda son 5 ildə nə dəyişib?

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada daha 155 nəfər koronavirusun qurbanı oldu 8 İyul 2020, 00:56 Bu ölkədə komendant saatı tətbiq edilir   8 İyul 2020, 00:41 “Fairmont” üzr istədi: Amma müştərilərindən 8 İyul 2020, 00:29 Təhsil haqları artırılıb? - Ekspertdən açıqlama 8 İyul 2020, 00:13 ABŞ-ın ÜST-dən çıxması reallaşır: Tramp Konqresə müraciət etdi 7 İyul 2020, 23:56 NATO-ya məlumat ötürən müşavir həbs edildi 7 İyul 2020, 23:45 Sabiq rektor vəfat etdi 7 İyul 2020, 23:29 Qazaxda qadının əri və qayınatasını bıçaqlamasına rəsmi açıqlama 7 İyul 2020, 23:12 Bərdədə traktor kanala aşdı: sürücü öldü 7 İyul 2020, 23:01 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AÇIQLANDI - FOTO 7 İyul 2020, 22:48 Ramiz Mehdiyev ittihamlara CAVAB VERDİ: “Yazılanlar həqiqəti əks etdirmir” 7 İyul 2020, 22:31 Fransada daha 13 nəfər koronavirusun qurbanı oldu 7 İyul 2020, 22:16 Bakıda karantin qaydasını pozan şəxs polisə bıçaq çəkdi - FOTOLAR 7 İyul 2020, 21:59 Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı 7 İyul 2020, 21:43 AZAL Bakı-London-Bakı xüsusi reyslərinə aviabilet satışına başlayır 7 İyul 2020, 21:32 “Azərbaycan media azadlığı üzrə növbəti nümayəndə ilə əməkdaşlığa hazırdır” - Azay Quliyev 7 İyul 2020, 21:07 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 260-a çatdı 7 İyul 2020, 20:49 “Ermənistan həqiqəti qəbul etmək əvəzinə status-kvonu qorumağa çalışır” - Azay Quliyev  7 İyul 2020, 20:38 “Ölkənin siyasi mühitində sağlam əməkdaşlıq şəraiti meydana gəlib” - Prezident Administrasiyasının rəsmisi 7 İyul 2020, 20:21 Doktoranturada təhsilin maliyyələşdirilməsi bütün elm sahələrini əhatə edəcək 7 İyul 2020, 20:18 Kürdə batan gəncin meyiti tapıldı 7 İyul 2020, 20:13 “Siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır” - Ədalət Vəliyev 7 İyul 2020, 20:01 Karantini pozan taksi sürücüsü saxlanılıb 7 İyul 2020, 19:52 Böyük Britaniyada restoranlar açıldıqdan bir neçə gün sonra bağlanıb 7 İyul 2020, 19:45 Türkiyə Böyük Millət Məclisinə sədr seçkisi keçirilir 7 İyul 2020, 19:36 Bakıda karantin zamanı hərbçini təhqir edən şəxs həbs edildi 7 İyul 2020, 19:20 Yaponiyada ABŞ-ın aviabazasında koronavirusa yoluxma qeydə alınıb 7 İyul 2020, 18:58 Azərbaycanda daha 537 nəfər virusa yoluxdu - 7 nəfər öldü 7 İyul 2020, 18:56 “Azərsu”dan Bakını bürüyən üfunət iyi ilə bağlı AÇIQLAMA 7 İyul 2020, 18:52 Beyləqanda baş həkim və 5 tibb bacısı koronavirusa YOLUXDU 7 İyul 2020, 18:43 Sürət həddini aşan qadın sürücü saxlanılıb 7 İyul 2020, 18:35 Azərbaycanın Rusiyadakı Səfirliyi ittihamları RƏDD ETDİ 7 İyul 2020, 18:26 Bakıda narkotik istifadəçisi həbs edildi 7 İyul 2020, 18:17 Qubada maşın piyadanı vuraraq öldürdü 7 İyul 2020, 18:08 Nazirlik bələdiyyəni cərimələdi 7 İyul 2020, 18:00