Modern.az

“Rəsul Quliyevlə Eldar Namazov haqqında konkret danışdıq” - MÜSAHİBƏ

 “Rəsul Quliyevlə Eldar Namazov haqqında konkret danışdıq” - MÜSAHİBƏ

23 May 2013, 16:43

“Milli Şura ancaq bir qrup adamın təsir dairəsindədir”

“Biz hamımız bir balaca ehtiyatlı olmalıyıq”

Modern.az saytı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirhammud Mirəlioğlunun müsahibəni təqdim edir.

- Mirmahmud bəy, Milli Şura ilə bağlı mətbuatda dərc etdiyiniz siyahı qarşı tərəfin –Eldar Namazovun, Eldəniz Quliyevin ciddi narazılığına səbəb oldu. Onlar bu addımınıza görə mətbuat vasitəsi ilə də sizə kəskin iradlarını bildirdilər. Məsələnin bu qədər şişirdilməsi sizin üçün gözlənilən idimi?  Buna reaksiyanız necədiz?

- Qeyd edim ki, bu bizim Milli Şura ilə bağlı ilk addımımız deyil. Aprel ayının sonunda da bizim onlara təkliflərimiz olmuşdu. Təbii ki, bu məsələlər gözlənilən idi, hətta gözlədiyimizin bir qismi deyilməyib.

- Eldar Namazov bu məsələ ilə bağlı sizinlə əlaqə saxladımı?

- Dünən bu məsələ ilə bağlı mənim Eldar Namazovla söhbətim oldu. O mənə müraciət etmişdi.  Biz də bu məsələ ilə bağlı görüşüb danışmışıq. Həmçinin Rəsul Quliyevlə telefon danışığımız olub. Bundan əvvəl bir dəfə də olsun Milli Şura ilə bağlı görüşlərimiz olmayıb. Əslində bizim təqdim etdiyimiz siyahı 15 gün bundan qabaq açıqlanmalı idi. Eldar Namazovla danışdıq,   bir-birimizə təkliflərimizi, istəklərimizi çatdırdıq.

- Mirmahmud bəy, sizə tutulan ən böyük irad sözügedən siyahının birbaşa mətbuat vasitəsi ilə açıqlanması idi. Həqiqətənmi onların sizin Milli Şura siyahısından xəbərləri yox idi?

- Biz onlara bu siyahını təqdim etməmişdik. Mən hesab edirəm ki, bu siyahıdan başqa siyahını da çıxara bilərdilər. Bizim siyahının bu gün müzakirə olunması gözləniləndir və təqdirəlayiqdir. Bizim siyahımız bütövlükdə cəmiyyəti əhatə edir. Bizim artıq 125 nəfərlik siyahımız da hazırdır. Bu bizim layihəmizdir, təqdim edirik. Siyahıda olan insanların heç biri ilə əlaqə saxlamamışıq. Sadəcə olaraq biz belə bir təklif irəli sürmüşük.

- Milli Şura ümumi müxalifəti əhatə edəcəksə, nə üçün müxalifət təmsilçisi olaraq sizin təklifiniz xoş qarşılanmır?

- Milli Şura söhbətinin özü çox özəl sahədir. Milli Şura ancaq və ancaq bir qisim adamın təsir dairəsindədir və başqa heç kəs bundan danışa bilməz. Təbii ki, biz bunu əsas götürüb, icazə də alarıq.

- O zaman qarşılıqdı ittihamlarla hansı birliyə nail olacaqsınız?

-Sadəcə olaraq bizim məsələyə baxışımız fərqlidir. Biz deyirik, cavab olaraq başqası bir söz deyir. Fikirlər qıcıq yaradır. Ali məqsəd varsa, konkret olaraq məqsəd bir araya gəlməkdirsə, bütün bu məsələlər kənara qoyulmalıdır. Burada sağçı da, solçu da, mərkəzçi də bur arada olmalıdır. Həmin məqsədin naminə bunu etmək lazımdır. Bizə qarşı bu münasibəti təbii hesab edirəm. Amma işin gedişinə mane olacağı üçün deyirəm ki, biz hamımız bir balaca ehtiyatlı olmalıyıq, ifadələrimizə fikir verməliyik. Kimisə qınayanda lüzumsuz ifadələrdən qaçmalıyıq. Ona qalsa, bizim söz baxımndan bu sahədə hər birimizin özümüzə məxsus silah-sursat anbarımız var.

- Sizin siyahınızda kifayət qədər tanınmış, ictimai-siyasi sferada çəkisi olan simalar yer alır.  Amma məsələyə fərqli koktekstdən baxanlar da var. Hətta sizin Milli Şuranızın Milli Məclisə alternaliv olduğunu deyənlər də az deyil.

-Baxarsınız, bizim siyahımız birmənalı qəbul olunmasa belə, formalaşacaq Milli Şura bu siyahıdan kənarda olmayacaq. Onun tərkibi 99 faizi bizim siyahıdan olacaq. Qəti şəkildə deyirəm ki, Milli Şura məsələsində parlamentə alternativlik nəzərdə tutulmayıb. Bizə irad tutublar ki, bizim siyahımızda Azərbaycan vətəndaşı olmayanlar da var. Doğru deyirlər. Özü də bu, bir nəfər deyil, bir neçə nəfərdi. Xəbərləri yoxdur, bəzi məsələlərdən. Bunu biz bilirik.

- Bilmək istərdik, mətbuatdan fərqli olaraq canlı görüşünüzdə Eldar Namazovun sizə hər hansı iradı oldumu?

-Mənim heç kimə iradım yoxdur, heç kimin də mənə iradı ola bilməz. Bu gün haqqımızda söylənəcək kəskin ifadə sabah təbəssüm doğuracaq. Bizim söhbətimiz əsas Milli Şura ilə bağlı oldu. Bizə belə bir təklifdə bulundular ki, konkret olaraq siz partiyanızdan Milli Şuraya kimləri təklif edirsiniz? İndiyə qədər olan söhbətlər haqqında fikir mübadiləsi apardıq.

- Yuxarıda qeyd elədiniz ki, Rəsul Quliyevlə də danışığınız olub. Rəsul bəylə də yəqin ki, Milli Şuradan danışmısınız?

- Rəsul Quliyevlə telefon danışığımız oldu. Danışığımız sırf Milli Şura ilə bağlı idi. Vəssalam.

- Rəsul Quliyev sizin siyahıya münasibəti necə oldu?

- Mən başa düşdüyümdən Rəsul Quliyev hesab edir ki, say məsələsi bir qədər aşağı olmalıdır. Heç bir təklifi olmadı. Eldar Namazovla bağlı konkret söhbət elədik.  Sadəcə olaraq, o dedi ki, Milli Şuranın tərəfdarıdır.

- Yəqin ki, telefon danışığınız bu günlərdə baş tutub.

- Bu siyahı mətbuatda dərc olunandan sonra telefon danışığımız olub.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?