Modern.az

Özbəkistan prezidentinin qızı Nobel mükafatına namizəd irəli sürüldü

Özbəkistan prezidentinin qızı Nobel mükafatına namizəd irəli sürüldü

İqtisadiyyat

28 Aprel 2010, 09:32

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovanın Nobel mukafatına namizədliyi  irəli sürülüb. Modern.az  xarici mətbuata istinadən xəbər verir ki, ölkəsində mədəniyyət sahəsində fəaliyyətləri ilə tanınan və son olaraq Özbəkistanın İspaniyadakı səfiri təyin olunmuş Gülnara Kərimova Nobel Sülh mükafatına namizəd göstərilib.   Gülnara Kərimovanın 2011 –ci il  Nobel Sülh mukafatına namizədliyi irəli sürülüb.    Özbəkistanda eyni zamanda Mədəniyyət və Sənət Mərkəzinin rəhbəri olan Gülnara Kərimova Orta Asiyada Nobel Sülh mükafatına namizədliyi göstərilmiş ilk qadındır. Özbəkistanın Cenevrədə Birləşmiş Millətlər təşkilatında daimi təmsilçisi olan Gülnara Kərimovanın Nobel Sülh mükafatına  namizədliyini bir sıra Avropa  parlamentləri tərəfindən dəstəkləndiyi qeyd olunur. Xatırladaq ki, 2009-cu ildə Nobel Sülh mukafatı Amerika prezidenti Barak Obamaya verilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir