Modern.az

Türkiyədə əsrin proyekti sayılan “Marmaray” tuneli açılıb

Türkiyədə əsrin proyekti sayılan “Marmaray” tuneli açılıb

29 Oktyabr 2013, 22:04
Foto: Türkiyədə “Mərmərə” dəmiryol tuneli istifadəyə verilib / Cəmiyyət

Türkiyədə Bosfor boğazı altından çəkilmiş dəmir yolu tunelinin açılışı olub. 14 km uzunluğunda tunnel İstanbul şəhərinin Avropa ilə Asiya sahillərini birləşdirib.

4 milyard dollarlıq inşaat layihəsi Çinlə Avropanı birləşdirən nəqliyyat kəmərinin bir hissəsi kimi görünür.

Asiya ilə Avropa arasında dənizin altından dəmiryolu nəqliyyatını təmin edəcək “Marmaray” tunelinin açılış mərasimində president Abdulla Gül, Türkiyə parlamentinin sədri Cəmil Çiçək, Baş nazir Rəcəb Tayyib Ərdoğan, millət vəkilləri, digər rəsmi şəxslər və xarici qonaqlar iştirak ediblər.

Bu dəmir yolu xətti Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin Avropaya daşınmasında da mühüm əhəmiyyət kəsb edəcək. 
Tuneldən keçişlər 15 gün ödənişsiz olacaq.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı