Arxiv
11 May 2010, 11:44 | İQTİSADİYYAT
Şamların sirri...

Biz şamlardan adətən elektrik enerjisi kəsiləndə, yəni işıqlar sönəndə istifadə edirik. Lakin onların magik təsirə malik olduğunu nəzərə alsaq, görərik ki, şamlar bütün kirli qüvvələri qovur, duaların və müxtəlif magik ayinlərin həyata keçirilməsinə təsir göstərir.

Çoxları bilmir ki, şam əriyən zaman axan damcıların müxtəlif formalara düşməsi onun ad edildiyi insanın başına gələcək hadisələrdən xəbər verir. Bəzən deyirlər ki, şamlar özlərini canlı insan kimi aparır. Yanan şam həqiqətən insanın ruhi aləmi ilə sıx bağlıdır. Əgər insanın həyatında hər şey qaydasındadırsa, adına qoyulan şam gur yanacaq. Əksinə, insanın həyatı təlaş içindədirsə, onu narahat günlər gözləyirsə, şam “ağlayacaq”, əriyib yanlardan axacaq. Əgər şam təzə yanmağa başlayan zaman yuxarıdan aşağıyadək əriyib axarsa, onu kimin adına quyublarsa, həmin insana cadu, əməl olunub deməkdir. Əgər iki tərəfdən axarsa onda iki tərəfdən əməl ediblər. Bu xətlərin sayı üçdən artıq olmur. Əgər axan xətlər kəsişərsə, çəpəki axarsa həmin insanı irəlidə ağır xəstəlik gözləyir.

Şamların köməyi ilə daxili orqanlarda baş verən xəstəlikləri də təyin etmək olur. Bu zaman yanan şamı insanın baş hissəsindən başlayaraq aşağıya doğru saat əqrəbi istiqamətində hərəkət etdirmək lazımdır. Əgər şam dərhal qara rəngdə his verərsə, deməli həmin yerdə problem var, həkimə müraciət etmək lazımdır. Şamı pasientə tərəf yalnız bir istiqamətdə tutanda əriyən şam onun tərəfindən axarsa, xəstəliyə səbəb özüdür. Yox əgər əks istiqamətdən axarsa, xəstəlik başqa bir insandan keçib. Şamın “göz yaşları” sağdan-soldan axarsa pasientlə digər insan arasında energetic mübarizə gedir. Əgər “göz yaşları” qara rəngdədirsə onda insan mənfi enerjinin təsiri altındadır.

Şamları ayaq tərəfə də qoymaq olar. Bu zaman şamın aşağı hissəsi əridilir, iri bir boşqaba bərkidilərək pasientin ayağının qarşısına qoyulur. Şam “ağlayarkən”, yəni aşağıyadək axarkən bir ucu şama yapışmış 2-3 sm diametrində yastı dairələr əmələ gələrsə, onkoloji xəstəlikdən xəbər verir.            Əgər yanan zaman şam əyilərsə, bu o deməkdir ki, həmin insanı ruh tutub. Məhz buna görə də çox zaman şamın ərimiş damcıları yandan şeytana və yaxud cadu edən insanın simasına bənzəyir.               Əgər şam sönərsə, dərhal tədbir görmək lazımdır, yəni kiminsə xətirinə dəymişsinizsə, həmin insandan üzr istəyin və əfv edilməyinizi Allahdan diləyin, yaxud əksinə, sizin xətrinizə dəyən insanı əfv edin.

Şamların köməyi ilə nəinki insanları, hətta evləri də yoxlamaq olur. Şamı otaqda gəzdirərkən çırtıltı ilə tüstülənərsə, onu saat əqrəbi istiqamətində his vermədən sakit yananadək gəzdirmək lazımdır.

Şamlar diaqnoz qoyur Şamların vasitəsilə ilin hər fəslində yalnız ay bütövləşən zaman gecə yarısı düzgün diaqnoz qoymaq olar. Bunun üçün şam təmiz mumdan, kilsə şamından ibarət olmalıdır. İstifadə etməzdən əvvəl onu bir gecə taxta qutuda saxlamaq lazımdır. İnsanın fiziki, ruhi sağlığını yoxlamaq üçün yanan şamı onun ətrafında gəzdirərək aşağıdakı əlamətlərə görə diaqnoz qoymaq olar:

1)  Əgər şam düz və gur alovla yanarsa, həmin insanın hər işi qaydasındadır, yaxın bir ay ərzində onu heç bir təhlükə gözləmir.

2) Əgər şam üç dəfə dalbadal sönərsə, yaxınlarından kiməsə bədbəxtlik üz verəcək, bu, ölüm də ola bilər.

3) İnsanın bədəninə yaxınlaşdıraraq saat əqrəbi istiqamətində gəzdirərkən, şam hansı hissədə tüstülənərsə, həmin orqanın xəstə olduğunu göstərir.

 Xəstəliyi və bədbəxt hadisəni şamdan axan “göz yaşları” ilə də təyin etmək olur. Yanan şamı ya taxta , ya gümüş, ya da şüşə qaba bərkidərək gözləmək lazımdır. Əgər şam “ağlayarsa”, yəni şamın kənarlarında xırda kürəciklər əmlə gələrsə, deməli həmin insanın daxilində nə isə bir həyəcan, qaranlıq var. Bu, həmçinin qarşıdan gələn bədbəxt hadisədən xəbər verir.

Əgər yanandan dərhal sonra şamdan dalbadal iki dəfə damcı axarsa həmin insana əməl olunub.

Əgər ərimiş xətlər düz istiqamətdə yox, çəpəki axarsa bu, o deməkdir ki, həmin insana kimsə öz neqativ enerjisi ilə təzyiq göstərir, buna görə də bütün gücünü sərf edərək həmin enerjidən qurtulmağa çalışmalıdır.

Əgər pasiyent tərəfdən iri “göz damcısı” axarsa, insan özü mənfi təsirlərdən qurtulmağa çalışmalıdır. Əgər damcılar pasiyenti yoxlayan şəxs tərəfindən axarsa, deməli ondan da güclü birisini tapmaq lazımdır. Əgər qara rəngdə damcılar axarsa, həmin şəxs özü də bilmədən yaxınlarına və tanışlarına zərər verir.

Şamı iri qabın içində pasiyentin ayağına yaxın yerdə yerləşdirərək şişin bədxassəli və ya xoşxassəli olduğunu təyin etmək olar. Əgər axan damcılar iri yastı şəkildə (1sm diametrdə) olub ətrafı qara rəngdədirsə xəstəliyin sürətlə yayıldığını bildirir. Əgər damcılar şamın yuxarı hissəsində, yəni boğaz tərəfində donub qalarsa həmin insanı qarşıda xoş hadisələr, var-dövlət gözləyir.

Şamların vasitəsilə mənzili pis ruhlardan, mənfi təsirlərdən təmizləmək olur. Bunun üçün hər ayın 1-dən 7-dək  (7 gün) 7 ədəd şam yandırmaq lazımdır. Ya səhər saat  7.00-da, ya da axşam saat 19.00-da. Şam 7 dəqiqə yandıqdan sonra onu qənd parçası ilə söndürmək lazımdır, üfürmək olmaz. Şamları söndürdükdən sonra yerdə qalan hissəsini 7-ci gün axar suya atmaq lazımdır.

    Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan idmançısı rekordunu təzələdi 26 Avqust 2019, 00:16 Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür 26 Avqust 2019, 00:11 Zəlzələ Ankaranı silkələdi 25 Avqust 2019, 23:58 "Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39 Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü 25 Avqust 2019, 23:17 "Qarabağ"dan daha bir qələbə 25 Avqust 2019, 22:59 İmamoğlundan Ərdoğana cavab - VİDEO 25 Avqust 2019, 22:44 ATV-nin baş redaktoru ikinci dəfə evləndi 25 Avqust 2019, 22:19 Bakıda qəza səbəbindən sürət həddi endirildi 25 Avqust 2019, 21:58 Venesiyada kanalında çimən turistlər cərimələndi 25 Avqust 2019, 21:37 Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09 Ağsuda dağlıq ərazidə yanğın başlayıb 25 Avqust 2019, 20:51 Ukraynada avtomobil körpüsü uçdu -VİDEO 25 Avqust 2019, 20:35 Qubada meşə yanğını söndürüldü 25 Avqust 2019, 20:19 Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü 25 Avqust 2019, 20:02 Azərbaycan millisi məğlub oldu 25 Avqust 2019, 19:28 Bakıda uşaq bağçasında yanğın olub 25 Avqust 2019, 18:46 Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03 5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01