Arxiv
9 İyul 2010, 17:35 | MEDİA
Şəkidə milli mətbuatın 135 illiyi ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan milli mətbuatının 135 illik yubileyi çərçivəsində sayca dördüncü tədbir keçirilib. Şəkidə «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda baş tutan konfrasda Prezident Administarsiyasının rəsmiləri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, Şəki və ətraf bölgələrdə fəaliyyət göstərən mətbu nəşrlərin redaktorları, ictimaiyyət nümayəndələri və yerli hakimiyyət orqanlarının təmsilçiləri iştirak ediblər.

 

Konfransı giriş sözü ilə Şəki şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı açıb. Qonaqları salamlayan icra başçısı belə bir tədbirin Şəkidə baş tutmasını rayonun ictimai həyatında əlamətdar hadisə kimi dəyərləndirib. O, ölkədə aparılan geniş quruculuq işlərinin media sahəsinə getdikcə daha çox sirayət etməsini vacib məqam kimi önə çəkib: «Hazırda Şəkidə 6 mətbuat vasitəsi işıq üzü görür. Düşünürəm ki, rayonda media sahəsindəki ab-hava gələcəkdə daha da canlanacaq. Azərbaycan milli mətbuatının 135 illik yubileyi çərçivəsində baş tutan bu günkü tədbir mətbuata, azad sözə dövlət səviyyəsində verilən önəmin daha bir bariz göstəricisidir». 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında dövlət başçısının Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi barədə 10 iyun 2010-cu il tarixli sərəncamından irəli gələn məsələlər barədə məlumat verib. O, yubiley konfranslarının iyulun 22-dək keçiriləcəyini, daha bir neçə bölgəni əhatə edəcəyini bildirərək tədbirlərdəki ictimai aktivlik dərəcəsini medianın cəmiyyətdəki yeri və roluna bəslənilən əhəmiyyətli münasibətin nümunəsi kimi dəyərləndirib. Ə.Mehdiyev ölkədə jurnalist ictimaiyyətinin dəyər verdiyi hadisə və proseslərə hər zaman həssas yanaşıldığını vurğulayaraq bunun dövlətin siyasi xəttindən irəli gəldiyini bildirib. «Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Reallaşdırılan məqsədyönlü tədbirlər kütləvi informasiya vasitələrinin demokratiya və aşkarlığın mühüm amilinə çevirməsinə münbit zəmin yaratmışdır”, - deyə o əlavə edib.

 

«Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda məruzə edən Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə mediasının inkişaf xüsusiyyətlərindən söhbət açıb: «Həsən bəy Zərdabinin yaratdığı mətbu ənənə əslində sonrakı dövr jurnalistikamız üçün bir növ cığır yaratmış oldu. «Əkinçi» məktəbinin müdavimləri intibah dövrü adlandırılan XX əsrin əvvəllərində «Şərqi-Rus», «Həyat», «Kaspi», «Molla Nəsrəddin», «Zənbur» kimi indinin özündə də heyrət doğuran qəzet və jurnalları ərsəyə gətirdilər. Bu nəşrlərin rəhbərləri bir qayda olaraq uğurlarının «Əkinçi» ənənələrindən qaynaqlandığını vurğulayırdılar. Bu mənada mətbuatımızın şah əsəri sayılan «Molla Nəsrəddin» jurnalı xüsusi qeyd edilməlidir. Çar Rusiyasının süqutuna doğru mətbuat istiqlal ideyalarının carçısına çevrilmişdi. Cəmi 43 il ərzində belə bir missiyanın daşıyıcısı olmaq böyük uğur idi və mətbuatımız bunu bacarmışdı”.

 

Ə.Amaşov 1920-ci ilin 28 aprel işgalından sonra Azərbaycanda sərt qadağalar, açıq fikrə, obyektiv mövqeyə görə təzyiq və təqiblər mərhələsinin başlandığını və bu dönəmin totalitar sovet rejiminin mahiyyətindən irəli gələn yaşantılarla xarakterizə olunduğunu vurğulayıb. Lakin bu mərhələni mediamızın durğunluq dövrü saymaq düzgün deyil. Bu illərdə də həqiqətləri olduğu kimi yazmağa meylli gənclərin yeni nəsli yetişməkdə idi. Onlar XX əsrin sonlarına doğru azadlıq uğrunda mücadilənin ön sıralarında dayanıblar, ərazi bütövlüyümüz uğrunda canlarını əsirgəməyiblər, müstəqil nəşrlərimizin yaradılmasında cəsarət və istedad nümunəsi göstəriblər. Bunları qeyd edən Şura sədri həmin mərhələnin xüsusi elmi araşdırmaya ehtiyacı olduğunu deyib. Ə.Amaşov məruzəsində həmçinin ölkədə müstəqillik illərində medianın inkişaf xüsusiyyətlərindən, üzləşdiyi çətinliklərdən, problemlərinin həlli istiqamətində dövlət səviyyəsində gerçəkləşdirilən tədbirlərdən söhbət açıb.

 

Məruzə ətrafında çıxış edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbəri olduğu qurumun fəaliyyət istiqamətlərindən danışıb. O, Fondun milli mətbuatın 135 illik yubileyi münasibətilə jurnalistlər arasında yazı müsabiqəsi təşkil etdiyini və nəticələrinin tezliklə açıqlanacağını vurğulayıb: «Bütün bunlar jurnalist əməyinin stimullaşdırılmasına, kütləvi informasiya vasitələri nümayəndələrinin peşəkarlıq səviyyələrinin artırılmasına böyük dəstəkdir. Hesab edirəm ki, Fondun mövcud istiqamətdəki fəaliyyəti bundan sonra daha da intensiv səciyyə daşıyacaq».

 

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ölkə prezidentinin Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi barədə sərəncamı dövlətin media sahəsində məqsədyönlü və ardıcıl siyasi xəttinə dair növbəti bariz nümunəsidir.

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas Azərbaycan mətbuatında bir sıra problemlərin hələ də mövcudluğunu bildirib.

 

Çıxış edənlərdən «Şəki» qəzetinin redaktoru Akif Salamov, «Balakən» qəzetinin redaktoru Mürsəl Mikayılov, Qax rayonunda çıxan «Şəlalə» qəzetinin redaktoru Nadir Atakişiyev, «Oğuz yurdu» qəzetinin redaktoru Nazim Hüseynov, «Zaqatala» qəzetinin redaktoru İbrahim İbrahimov diqqəti Azərbaycanda media sahəsində həyata keçirilən dövlət siyasətinin müxtəlif çalarlarına yönəldiblər. Onlar həyata keçirilən məqsədyönlü tədbirlərin əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan mətbu ənənələrin dirçəldilməsinə, medianın saf və sağlam təməllər üzərində inkişafına daha münbit şərait yaradacağına əminliklərini bildiriblər. Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstanın hökumət administrasiyasının rəhbəri istefa verdi 24 Fevral 2021, 21:33 Neft bahalaşdı 24 Fevral 2021, 21:19 Azərbaycan və pakistanlı deputatlar Xocalı soyqırımını müzakirə etdilər 24 Fevral 2021, 21:08 Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələrin nəticələri açıqlandı 24 Fevral 2021, 20:57 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” – VİDEO 24 Fevral 2021, 20:44 Bölgələrə qar yağır - FAKTİKİ HAVA 24 Fevral 2021, 20:34 Ankarada Xocalı soyqırımına həsr olunan tədbir keçirildi - FOTO 24 Fevral 2021, 20:28 Yevlaxda zəncirvari qəza - xəsarət alanlar var 24 Fevral 2021, 20:15 Deputatdan Ermənistanın ittihamına cavab: “Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur” - VİDEO 24 Fevral 2021, 20:10 Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA 24 Fevral 2021, 20:04 Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb 24 Fevral 2021, 20:00 Ceyhun Bayramov Aİ-nin komissarı ilə telefonla danışdı 24 Fevral 2021, 19:55 Gürcüstanın yeni Baş naziri Azərbaycana dəvət olundu 24 Fevral 2021, 19:47 FHN vətəndaşları qaydalara əməl etməyə çağırdı - VİDEO 24 Fevral 2021, 19:40 İtaliyanın Liveri bələdiyyəsi Xocalı soyqırımını pisləyən sənəd qəbul etdi 24 Fevral 2021, 19:32 Azay Quliyev: “Biz ATƏT PA-nın dialoq təklifini dəstəkləyirik” - VİDEO 24 Fevral 2021, 19:24 Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO 24 Fevral 2021, 19:16 Ağdaşda ev YANDI 24 Fevral 2021, 19:08 Bu tarixdən Kiyevdən Bakıya uçuşlar bərpa olunacaq 24 Fevral 2021, 19:00 Əfv Komissiyası bu gün 150-dən çox müraciətə baxdı 24 Fevral 2021, 18:52 Polis köməksiz qalan sürücü və sərnişinlərə kömək etdi - FOTO 24 Fevral 2021, 18:44 Bazeldə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib 24 Fevral 2021, 18:36 Xəzərdə dalğanın hündürlüyü 5.4 metrə çatıb - Faktiki hava 24 Fevral 2021, 18:28 Bakıda yıxılıb xəsarət alanlar sayı 39-a çatdı - YENİLƏNİB 24 Fevral 2021, 18:20 Dövlət agentliyi 31 obyektdə pozuntular aşkarladı - SİYAHI 24 Fevral 2021, 18:12 Hikmət Hacıyev Ukrayna xarici işlər nazirinin müavini ilə görüşdü 24 Fevral 2021, 18:04 ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb - VİDEO 24 Fevral 2021, 17:58 Xocalı qatilləri gec-tez cavab verəcəklər 24 Fevral 2021, 17:52 “Bakıya bir ayın yağıntısı bir gündə yağdı” - Nazirlik 24 Fevral 2021, 17:46 Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb 24 Fevral 2021, 17:40 Paşinyan “yallını” qonşularla əməkdaşlığa dəyişmək istəyir - ŞƏRH 24 Fevral 2021, 17:34 Media sahəsində zəruri islahatlar-hardan başlamalı?  24 Fevral 2021, 17:29 Axşama doğru yollardakı vəziyyət 24 Fevral 2021, 17:24 Qaz kartında vəsaiti bitənlərin NƏZƏRİNƏ 24 Fevral 2021, 17:18 Ermənistan prezidenti Rüstəm Muradovla Qarabağı MÜZAKİRƏ ETDİ 24 Fevral 2021, 17:13