Arxiv
3 Dekabr 2014, 00:28 | DÜNYA
İsraildə hökumət dağıldı - parlament buraxılır



İsrailin baş naziri Binyamin Netanyahu hökumət böhranına görə Knesseti (parlament) buraxıb növbədənkənar seçki elan etmək niyyətindədir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda hökumət başçısı özü bəyanat verib. İsrailin baş naziri eləcə də “Eş Atid” və “A-Tnua” partiyalarının liderlərini - ədliyyə naziri Tsipi Livna və maliyyə naziri Yaira Lapidanı nazir vəzifəsindən azad edib. Lapidanın istefası ilə bağlı qərar onunla görüşdən bir sutka sonra, Tsipi Livna ilə görüşdən isə bir neçə saat sonra verilib. Buna qədər Netanyahu HDİ lideri Aviqdor Liberman, “Eş Atid”in lideri Yair Lapid və “Bayt İequdi”nin rəhbəri Naftali Bennetlə görüşüb: “Son həftələrdə, son sutka da daxil olmaqla nazirlər Lapid və Livni mənim rəhbərlik etdiyim hökumətə hücumlar ediblər. Mən hökumət əleyhinə qarşı fəaliyyətə dözümlü olmayacağam”, - Netanyahu deyib.

Bundan əvvəl isə “Reşet Bet” radiostansiyası məlumat verib ki, Netanyahu hökumətin katibi Avixayu Mandelblitə “Eş Atid”dən olan bütün nazirlərin istefaya göndərilməsi haqda məktub hazırlamağı tapşırıb. Nazirlər Kabinetinə Lapddən başqa “Eş Atid”dən səhiyyə naziri Yael Qerman, rifah və ictimai xidmətlər naziri Meir Koen, maarif naziri Şay Piron, eləcə də elm, texnologiya və kosmos naziri Yakov Peri daxildirlər. Siyasi icmalçıların söylədiklərinə görə, “Eş Atid”dən olan nazirlər etiraz əlaməti olaraq özləri indi istefa verəcəklər.

“Eş Atid”in mətbuat xidmətində nazirlərin işdən çıxarılmasını “qorxaq akt” kimi dəyərləndirilib. Münaqişəyə səbəb isə “İsrail dövlətinin yəhudi xarakteri haqqında” qanun layihəsi ilə bağlı fikir ayrılığı olub. Knessetdə mübahisələrə səbəb olan bu sənəd ölkənin “yəhudi xarakteri” varlığının əsas baza prinsiplərindən biri olduğunu özündə əks etdirir. Qanun layihəsinə görə yəhudi qaydaları qanunvericiliyin əsası, ərəb dili isə dövlət statusu olmaqdan məhrum ediləcək.

İsrail parlamentinin buraxılması məsələsinə dekabrın 3-də baxılacaq.

Modern.az

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14 ABŞ-da Qarabağ danışıqları: Vaşinqton nə istəyir, Ankara və Bakı nə qazanır? - TƏHLİL 23 Sentyabr 2021, 18:10 Partiya sədri Şeyxi qınadı: “İrana vaxtında cavab vermədi” 23 Sentyabr 2021, 18:06 Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxıldı 23 Sentyabr 2021, 18:00 Universitetlərdə auditoriyalardan istifadəyə məhdudiyyət qoyulacaq 23 Sentyabr 2021, 17:56 Səfirimiz Pakistanın müdafiə istehsalı naziri ilə görüşüb - FOTO 23 Sentyabr 2021, 17:52 Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla ANILACAQ 23 Sentyabr 2021, 17:46 Manatın xarici valyutalara qarşı məzənnəsi 23 Sentyabr 2021, 17:40 Daha 13 müəssisədə pozuntular aşkarlandı 23 Sentyabr 2021, 17:34 Deputatlar Baş Prokurorluqda olub 23 Sentyabr 2021, 17:28 30 məktəbə yeni direktor TƏYİN EDİLDİ 23 Sentyabr 2021, 17:22 “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabadda - FOTOLAR 23 Sentyabr 2021, 17:16
SORĞU Hansı vaksinə etibar edirsiniz?