Modern.az

Bakida 78r dilənçi saxlanılıb

Bakida 78r dilənçi saxlanılıb

3 Yanvar 2015, 17:11

Bakının ayrı-ayrı rayonlarında avaraçılıqvə dilənçiliklə məşğul olan şəxslər aşkar edilib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Çevik Polis Alayı əməkdaşları tərəfindən 10 (onlardan 5-i qadın və 5-i azyaşlılar olub), Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən isə 7 nəfər (onlardan 1-i kişi, 3-ü qadın və 3-ü azyaşlılar olub) avaralıq və dilənçiliklə  məşğul olan saxlanılıb və xəbərdarlıq edilərək buraxılıblar.

Yasamal rayon Polis İdarəsi və Çevik Polis Alayı əməkdaşları tərəfindən 8 nəfər (onlardan 4-ü qadın və 4-ü azyaşlılar olub), Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən 34 nəfər (onlardan 14-ü qadın, 3-ü kişi və 17-si azyaşlılar olub) avaralıq və dilənçiliklə məşğul olan saxlanılıb, onlara xəbərdarlıq edildikdən sonra buraxılıblar.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü