Modern.az

“Nissan” “Ekologiya ili”nin Bakı-Gəncə velosiped yürüşünə sponsorluq edir

“Nissan” “Ekologiya ili”nin Bakı-Gəncə velosiped yürüşünə sponsorluq edir

Qarabağ

30 Avqust 2010, 19:34


Prezident İlham Ə1iyev tərəfindən 2010-cu ilin "ekologiya ili" elan edilməsi nəzərə alınaraq ətraf mühitin təhlükəsizliyinə töhfə verən, təbiətə qayğı aksiyaları, yürüşlər, ekoloji mesajın ictimaiyyətə çatdırılması tədbirləri keçirilməkdədir.
Belə bir ekoloji tədbirlərdən biri də 28 avqust - 6 sentyabr tarixinlərdə Xarici İşlər, İdman və Gənclər, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan-Avropa Velosiped Yürüşü"dür. Velosipedin ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, Azərbaycanda belə bir yürüşün keçirilməsi ətraf mühitin təhlükəsizliyinin qorunmasına verilmiş töhvələrindən biri ola bilər.

"Azərbaycan-Avropa Velosiped Yürüşü" "Аzərbaусаn Velosiped Həftəsi" təşəbbüsünün ilk tədbiridir. Bu kimi yürüşlərin növbəti illərdə də qeyd olunan həftə ərzində keçirilməsi nəzərdə tutulur.

Bu ilki yürüşün məqsədi ətraf mühitin qorunması, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının təbliğ edilməsi və eləcə də, velosiped idmanının Azərbaycanda dəstəklənməsi məqsədini daşıyır.

Tədbirdə həm xarici, həm də yerli ekoloqlar, diplomatlar, energetika və "green technology" sahəsinin nümayəndələri və velosipedlilər iştirak edir.

Aksiyaya müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökümət təşkilatlarından əlavə,bir sıra şirkətlər, o cümlədən “Nissan” öz sponsor dəstəyini verib.

Qeyd etmək lazımdır ki “Nissan”ın ekologiya və ətraf mühitin qorunması istiqamətində xüsusi proqram olan “Green Program”ı mövcuddur.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır