Modern.az

Nemtsovun bugünkü dəfninə milyonerlər qatılacaq, dövlət rəhbərləri yox

Nemtsovun bugünkü dəfninə milyonerlər qatılacaq, dövlət rəhbərləri yox

Dünya

3 Mart 2015, 12:09


Moskvanın Saxarov mərkəzində müxalifətçi Boris Nemtsovla vida mərasimi keçirilir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, vida mərasimi başa çatdıqdan sonra mərhum Moskva vaxtı ilə 15:30-da Troekurov qəbiristanlığında torpağa tapşırılacaq.

Boris Nemtsovun dəfnində Avropa Birliyinin üzvü olan bütün 27 dövlətin Rusiyadakı səfirləri iştirak edəcək. Bundan başqa, ABŞ-ın Rusiyadakı səfiri Con Tefft də mərasimə qatılacaq.

Artıq  məlumdur ki, prezident Vladimir Putin və baş nazir Dmitri Medvedev mərasimə qatılmayacaqlar. Putinin Dövlət Dumasındakı təmsilçisi Harri Minx onların adından matəm tədbirində iştirak edəcək.

Rusiya Federasiya Şurasını isə Boris Nemtsovla vida mərasimində Yaroslavl vilayətindən olan senator Viktor Roqotskiy təmsil edəcək.

Dövlət Dumasının ayrı-ayrı deputatlarını çıxmaq şərti ilə spiker, vitse-spiker və komitə sədrlərindən heç biri keçmiş həmkarlarını son mənzilə yola salmağa getməyəcəklər.

Boris Nemtsovla vida mərasiminə qatılanlar arasında “Rosnano” şirkətinin prezidenti Anatoli Çubays, “Alfa bank”ın həmtəsisçiləri, milyarder Mixail Fridman və Oleq Sısuev, “Rosatom”un rəhbəri Sergey Kirienko, Rusiyanın keçmiş maliyyə naziri (2000-2011) Aleksey Kudrin, müxalifətçi milyarder Sergey Proxorov, Dövlət Dumasının deputatları Dmitri Qudkov, Aleksandr Yuşenko və Aleksey Kornoenko olacaqlar.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!