Arxiv
4 mart 2015, 15:57 | MÜSAHİBƏ
"ATƏT Almaniya və Türkiyənin Minsk qrupunda həmsədrlik məsələsinə baxacaq" - MÜSAHİBƏ

Azay Quliyev: “Ermənistan Türkiyənin həmsədrlikdə təmsil olunmasına etiraz etməməlidir”


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev Modern.az saytının suallarına cavab verib. 

- Azay müəllim, ATƏT PA-nın fevralın 19-da başlayan qış sessiyasında ATƏT-in Minsk qrupunun hazırkı həmsədrlərinin 3-dən 5-ə çatdırılması təklifi ilə çıxış etdiniz.  Minsk qrupunda Almaniya və Türkiyənin həmsədr dövlət olaraq təmsil olunmasını vurğuladınız. Qaldırdığınız məsələ hansı nəticə verə bilər?

- Qeyd etdiyiniz məsələ mətbuatda geniş işıqlandırıldı. Bu barədə danışmayacağam.

Sadəcə olaraq, əsas mahiyyət o idi ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri 20 ildir heç bir nəticəyə nail olmayıb. Bunun üçün yeni yanaşma və təşəbbüslə çıxış etmək, status-kvonun dəyişdirilməsi ilə bağlı müəyyən işlər görmək lazımdır. Təkliflərdən biri də o ola bilər ki, bölgədə daha çox marağı,  əlaqəsi və təsir imkanı olan Almaniya və Türkiyə də Minsk qrupunun həmsədrliyinə gətirilsinlər. Adətən, belə məsələlər qaldırılanda sədrlər bir qayda olaraq ya kobud formada, ümumi şəkildə cavab verirlər, ya da sualı eşitməzliyə vururlar.

Bu dəfə isə ATƏT-in sədri çox açıq şəkildə narahatlığımızı başa düşdüyünü, Minsk Qrupunun hazırkı fəaliyyəti ilə bağlı deyilən fikirləri anladığını qeyd etdi. Təklif etmişdim ki, ATƏT-in mövcud qaydaları çərçivəsində məsələyə baxılsın.

ATƏT sədri dedi ki, məsələni müzakirə edəcəyik. Əsas odur ki, bu təklifin birmənalı şəkildə rəd olunmamasının şahidi olduq. Burda müəyyən qaydalar var. İlk növbədə bu məsələ rəsmi müzakirəyə çıxarılmalıdır. Hər iki tərəf, xüsusilə, Ermənistan və Azərbaycan buna razılıq verməlidir. Bu konsensusla həmsədrlərin tərkibi dəyişə bilər. Bunun da bir neçə formatı var. Minsk qrupunun öz daxilində bu məsələ müzakirə oluna bilər. Eyni zamanda, ATƏT dövlət başçılarının toplantısında da bu məsələyə baxıla bilər. Təbii ki, tərəflərin buna nə dərəcədə maraqla yanaşması qarşıda duran əsas məsələdir.

- Türkiyənin Minsk qrupunun həmsədrlik institutunda təmsil olunmasını təklif etmisiniz.  Ermənistan tərəfi isə birmənalı şəkildə Türkiyənin  həmsədr dövlət olmasını qəbul etmir. Türkiyənin həmsədr olması problemin həllinə kömək edə bilərmi?

- Ermənistanın arqumentləri əsassızdır. Və Ermənistanın arqumentlərinə əsaslansaq, o zaman Fransanın Minsk Qrupunda həmsdər olması düzgün deyil. 

Biz hesab edirik ki, Türkiyənin həmsdərlik institutunda təmsil olunmasına böyük ehtiyac var. Bu, Türkiyənin regiondakı nüfuzu ilə bağlıdır.

Faktiki, bu gün həmsədr ölkələrin üçü də Ermənistanı açıq şəkildə dəstəkləyir. Bir müddət bundan öncə, Fransa prezidenti Fransua Olland erməniləri fransız xalqının kiçik qardaşı adlandırdı. Onlarla fəxr etdiyini deyərək, istənilən halda, Ermənistanı dəstəkləyəcəyini bildirdi. İkinci fakt ondan ibarətdir ki, Ermənistan  neçə illərdir Türkiyə ilə münasibətləri normallaşdırmaq, sərhədlərin açılmasını, diplomatik əlaqələrin qurulmasını istəyir. Çünki Türkiyə ilə münasibətlərin qurulmasına Ermənistanın çox böyük ehtiyacı var. Türkiyə Ermənistan iqtisadiyyatının nəfəsi, Avropaya qapısıdır.

Türkiyə isə bu qapını açmır. Deyir ki, bu sərhədləri 1993-cü ildə Ermənistanın işğal siyasətinə etiraz əlaməti olaraq qapadıb. İndi isə heç nə dəyişməyib. Türkiyə haqlı olaraq Ermənistanla əlaqələrin normallaşdırılmasını Dağlıq Qarabağ münaqişəsinin həllinə bağlayır. Bu gün Ermənistanda az da olsa praqmatik yanaşma varsa, gərək Türkiyənin həmsədrlikdə təmsil olunmasına etiraz etməsin. Əksinə, Türkiyənin həmsədrlikdə təmsilçiliyi Ermənistanın da xeyrinə olardı.

Almaniyanın da bununla bağlı marağı var. Bu barədə cənab Prezident İlham Əliyev yanvarın 21-də Almaniyaya rəsmi səfəri zamanı bu ölkənin baş naziri, kansleri Angela Merkellə, Avropa İttifaqının, eləcə də Almaniyanın Dağlıq Qarabağ probleminin həllində yaxından iştirak etməkdə maraqlı olduğunu bildirmişdi.

Onu da əmimi olaraq deyim ki, bu məsələnin qısa müddət ərzində həll olunmasını düşünmürəm. Çünki bunun üçün müəyyən siyasi iradə, müəyyən maraqlar lazımdır. Amma bu məsələnin qaldırılmasını vacib hesab edirəm. Həmsədr ölkələr elə düşünməsin ki, bunlar bu problemi istədiyi vaxt istədiyi müddətə qədər öz manopoliyasında saxlaya bilərlər. Tərəflər, “siz dil tapın, danışın, razılıq əldə edin və biz bu anlaşmanı dəstəkləyərik”, - bəyanatı ilə öz işlərini yekunlaşdırmamalıdırlar. Onlar bilməlidirlər ki, Azərbaycan ictimaiyyəti bundan çox narahatdır. Çünki torpaqlarımız işğal altındadır. Ermənistan niyə Minsk qrupu tərkibinin, status-kvonun dəyişməsinə etiraz edir?

Çünki Ermənistanın torpaqları işğal altında deyil. O başqa məsələ ki, Ermənistanın işğalçılıq siyasəti bu gün onu müharibədən əziyyət çəkib iqtisadiyyatı deport vəziyyətinə salıb. İnsanlar Ermənistanı tərk edirlər.

Ancaq işğala məruz qalan, torpaqları işğal edilən, bir milyondan çox insanı köçkün olan Azərbaycandır və demək ki,  faktiki olaraq bu gün ən çox əziyyət çəkən bizik Ona görə də bu təklif birinci ona istiqamətlənib ki, Minsk qrupu həmsədrləri öz fəaliyyətində konkret dəyişiklik etsin, nəyəsə nail olsun, prolemi həll etsin, status-kvonu dəyişsin.

- Minsk qrupunun tərkibinə 11 dövlət daxildir. Amma həmin dövlətlər münaqişənin həllində canfəşanlıq göstərmir. Sizcə,  ATƏT-in Minsk qrupunun fəaliyyəti  haqqında konkret qərar vermək vaxtı çatmayıbmı?

- Doğru qeyd etdiniz. Minsk qrupuna 11 dövlət də ona görə daxil edilib ki, problemin həllinə konkret olaraq sülh və diplomatik yolla öz köməkliyini göstərsinlər. Amma heç bir nəticə yoxdur. Biz nə qədər gözləməliyik? Yenə deyirəm, Azərbaycan ərazisini itirən, işğala, terrora məruz qalan tərəfdir. Azərbaycanın da tam haqqı var ki, ən müxtəlif üsullardan istifadə edərək vəziyyəti dəyişsin. Əgər xatırlayırsınızsa, 2013-cü ildə ATƏT-in  İstanbul toplantısında  Azərbaycan nümayəndə heyəti təklif etmişdi ki, Minsk konfransı çağırılsın. Minsk qrupunun niyə belə fəaliyyətsiz olması,  məsələni niyə həll edə bilməməsi ilə bağlı hesabat versin və bunun səbəblərini izah etsin.

İndi ordumuz güclənir və öz işini görür. Üzərinə düşən işi rəşadətlə yerinə yetirir. Diplomatlarımız da, deputatlarımız da üzərinə düşən işi yerinə yetirir. Hamı Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həllinə istiqamətlənən beynəlxalq hüquq norması çərçivəsində dəstək verir. Bizim bu məsələdə vahid bir mövqeyimiz var. Dövlət, cəmiyyət olaraq vahid mövqedən çıxış edirik. Bu siyasəti dövlət başçısı çox peşəkarcasına formalaşdırıb. Bunun həyata keçməsi üçün gərək hamımız məsuliyyətimizi dərk edək və üzərimizə düşən işi yerinə yetirək.

- İlk dəfə olaraq, Minsk qrupunun tərkibinin 3-dən 5-ə qaldırılması təklifi ilə çıxış etdiniz. Bunun dövlət səviyyəsində gündəmə gətirilməsi mümkün ola bilərmi?

- Bununla bağlı Prezident Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin  müdiri Novruz Məmmədov da öz fikrini bildirib.

Xarici İşlər Nazirliyinin ayrıca açıqlaması oldu. Burada bizim ümumi mövqeyimiz odur ki, istər üçlükdə, istərsə də beşlikdə, hansı formatda olur-olsun bu problem öz həllini tapmalıdır. Təbii ki, bu, bizim ilk təşəbbüsümüzdür. Ona görə də məsələyə yanaşmaların necə olduğunu öyrənməliyik. Lazım gələrsə növbəti mərhələdə digər aidiyyəti qurumlar da rəsmən bu işə qoşula bilər.

Bu, müstəqil deputat olaraq şəxsi təşəbbüsümdür. Hesab edirəm ki, bu məsələni qaldırmağım kifayət qədər məntiqlidir. Azərbaycan dövlətinin hələ ki rəsmi müraciəti yoxdur. Yenə deyirəm, bu artıq bir mesajdır. Eyni zamanda, bu təklif Minsk qrupunun indiki həmsədrliyinin fəaliyyətsizliyinə etirazdır. Hər halda, sonrakı mərhələlərdə bu prosesin necə inkişaf etməsiinə baxacağıq. Görək, bunun konkret əks-sədası necə olacaq. 

Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13