Modern.az

Nemtsov barədə yeni DETALLAR: “Uzun müddət gəzir, düşünürdü”

Nemtsov barədə yeni DETALLAR: “Uzun müddət gəzir, düşünürdü”

Dünya

6 Mart 2015, 00:42

Rusiyanın aparıcı müxalif siması, tanınmış siyasətçi Boris Nemtsovun öldürülməsi ilə bağlı müzakirələr dünya mətbuatının aparıcı mövzularından birinə çevrilib.

Modern.az saytının məlumatına görə “Reuters” agentliyi Boris Nemtsovun köməkçisi Olqa Şorinaya istinadən qətlin səbəbləri haqqında yeni məlumat yayıb.  

Məşhur beynəlxalq KİV orqanı  Boris Nemtsovda Ukraynada döyüşən Rusiya hərbçiləri haqqında demək olar ki, hazır hesabatının olduğunu xatırladıb.  

Ukraynadakı münaqişədə Rusiyanın rolu haqqındakı məruzəni artıq yekunlaşdırmaq üzrə olduğu bir zamanda Boris Nemtsovun qətlə yetirilməsi belə deməyə əsas verib ki, o məhz bu səbəbdən öldürülüb. Həmin hesabatın hazırlanmasında iştirak etmiş Boris Nemtsovun köməkçisi Olqa Şorina cinayətin məhz siyasi motivli olduğuna işarə edib.

O qeyd edib ki, hesabat artıq yekunlaşmaq üzrə olsa da, Boris Nemtsov dinlənmə ehtimalını nəzərə alıb onu müzakirə etməkdən çəkinirdi.  

“Biz bir gün ərzində yaza bilirdik, çünki hər şey onun başında idi. Adətən o, uzun müddət gəzir, düşünür və oxuyurdu. Sonra isə bildiklərini tez diktə edirdi.  Məndə həmin hesabatın materialları var. Onlara giriş açıq idi, burada roliklər, istinadlar var idi. O, vacib  hesab etdiyi qeydləri nida ilə işarələyirdi” - deyə Olqa Şorina söyləyib.  

Olqa Şorina  Boris Nemtsovun qətlindən bir gün kağıza əllə yazdığı məktub barədə məlumat verərək deyib ki, qeyddə öldürülmüş desantçıların ona çıxış əldə etdiyi göstərilib. Olqa Şorinanın Boris Nemtsovun ona verdiyi məktubun mətnini təqdim edib: “İvanovada olan desantçılar mənə çıxış əldə edib. Onlar öz pullarını ala bilməyiblər və döyüşməyə qorxurlar” - deyə Boris Nemtsov yazıb. 

Olqa Şorina daha sonra əlavə edib:

“Hər ehtimala qarşı o bu barədə ucadan danışmaq istəmirdi. Buna görə mənə yazırdı. Ukrayna ilə məruzə əsasən, açıq mənbələrə istinadən hazırlanırdı.

Əsas məsələ bu məruzəni  paylamaq idi. Çünki o, bu məruzəni təbliğatla mübarizə aparmaq kimi qiymətləndirirdi. O, hesabatı milyon tirajla dərc etmək istəyirdi. Nemtsov İvanovoda ölmüş desantçıların qohumları ilə əlaqə saxlayırdı. O, mənə deyirdi ki, İvanovoya getməyə və həlak olan desantçıların qohumları ilə görüşməyə hazırlaşır”.  

Olqa Şorina vurğulayıb ki, Boris Nemtsov ona Ukraynada Rusiya hərbçilərinin olmasını birbaşa sübut edən sənədləri sistemləşdirdiyini və bununla Vladimir Putinin yalanlarını ifşa etmək istədiyini bildirib.  

Aqşin Kərimov  


Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır