Modern.az

Hacı Əbdül də 27 dəfə Həccə gedib: “Həm ziyarət, həm ticarət” - MÜSAHİBƏ

Hacı Əbdül də 27 dəfə Həccə gedib: “Həm ziyarət, həm ticarət” - MÜSAHİBƏ

Müsahibə

5 Oktyabr 2015, 15:59

Azərbaycanda daha bir nəfər 27 dəfə Həcc ziyarətində olub. “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov da deputat Qalib Salahzadə kimi 27 dəfə müqəddəs ziyarətgah üçün Bakıdan Məkkəyə gedib.
Bu barədə Modern.az saytının sullarını cavablandıran Hacı Əbdül özü məlumat verib.

Onunla söhbəti təqdim edirik:

- Hacı, bu il 27-ci dəfə Həcc ziyarətinizi gerçəkləşdirdiniz. Allah qəbul eləsin. Amma, bu qədər sayda Həcc ziyarətində olmaq nə dərəcədə normaldır?

- Hər bir mənada normaldır. Nə qədər ürəyin istəyirsə, o qədər də Həcc ziyarərinə getmək olar. Həmçinin, insanın sağlamlığı da əsas şərtlərdən biridir. Əgər sağlamlıq imkan verirsə, ziyarət etmək olar.

- Bəs Həcc ziyarətini yarımçıq qoymaq işinə necə baxırsız?

- Həcc ziyarətini yarımçıq qoymaq olmaz axı. Getməyin nədir,  yarımçıq qoymağın nədir. Bir hacı olaraq bunu anlamıram.

- Hacı, əslində sözümüzün canı var. Deputat Qalib Salahzadə də sizin kimi hacı olmaqda birincidir. Bu il 28-ci dəfə Həcc ziyarətinə getmişdi.

- Eybi yoxdur. Çox getmək qəbahət deyil. Allah qismət etsin, kim istəyirsə 100 dəfə getsin. Məgər, Allah hər adama 27-28 dəfə hacı olmağı qismət edir?! Mən 27 dəfə Həcc ziyarətində olmuşam. İmkanın varsa, get.

-Bu qədər Həcc ziyarətində olmaqdansa, həmin vəsaiti imkansız, kasıb ailələrə xərcləmək daha yaxşı olmazmı?

- O da olar. Niyə də olmasın.

- Deyəsən, siz də Həcc ziyarətinə yollanmaqdan yorulmamısınız?

- Mən idmançı adamam. Heç vaxt yorulmaq bilməmişəm. Özümü yorğun hiss etsəm, getmərəm. Hər dəfə Həcc ziyarətində olanda başqa insanların da yerinə  təmənnasız savab əməlləri yerinə yetirirəm. İnsan nə qədər çox Həcc ziyarətinə gedirsə, çox doğru hərəkət etmiş olur. Özümə görə demirəm. Hətta, qəbahət olsa idi, peyğəmbərimiz də bir dəfə getməklə kifayətlənərdi.

- 27 dəfə ziyarətdə olmusuz. Bunun maddi tərəfini düşünərək demək istəyirik ki, bu qədər getmək olmaz axı.

- Elə deməyin günah olar.

- Bəzilərinə görə Həcc ziyarətinə gedənlərin bir qismi ticarət əlaqələrini çox yaxşı şəkildə həyata keçirir. Yəni, bəziləri 10 dəfədən artıq gedirsə, deməli, ticarətə gedir.

- Ataların belə bir məsəli var. Həm ziyarət, həm ticarət.

- Deməli, 10 dəfədən çox Həcc ziyarətinə gedənlər həm də ticarət bizneslərini həyata keçirir?

- Qızım, əvvəla, heç kəsin boynuna şər atıb günah qazana bilmərəm. Şəxsən mən Həccə ziyarət etməyə getmişəm, ticarətə yox. Kim ticarət məqsədilə gedirsə, Allahı bilər, özü bilər.

- Hacı, bu qədər ziyarətdə olmusunuz. Görməmiş, bilməmiş olmazsınız.

- Ticarət məqsədilə gedənləri görməmişəm. Amma, bir söz deyim. Əgər ticarət əlaqələri qurmaq pis olsa idi, bütün dünya dövlətləri öz mallarını  Məkkəyə tökməzdi. Ora böyük bazardı. Alan kim satan kim...

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir