Modern.az

Moskvada məmurları güllələyən qəzetin mühafizəçisini də öldürüb

 Moskvada  məmurları güllələyən qəzetin mühafizəçisini də öldürüb

20 Oktyabr 2015, 21:32

“Moskovski Komsomolets” qəzetinin mühafizəçisi Konstantin Smıslov öldürülüb. Modern.az  Rusiya mediasına istinadən bildirir ki, bu hadisəni də Moskva ətrafındakı Krasnoqorsk şəhərində iki məmuru güllələyən gürcü əsilli Amiran Qeorqadze törədib.

 Hadisənin şahidinin sözlərinə görə, Timoşenko qəsəbəsinə tərəf gedən Smıslov yolun kənarında ürəyini tutub dayanan naməlum şəxslə qarşılaşıb. “Moskovski  Komsomolets”dəki mənbə iddia edib ki, bu, Amiran Qeorqadze olub. Smıslov həmin şəxsin vəziyyətinin pis olduğunu hiss edərək yaxınlıqdan keçənlərdən təcili yardım çağırmalarını xahiş edib.

Həmin şəxslər Qeorqadzeyə yaxınlaşanda o, tapançanı çıxarıb Smıslova atəş açıb. Bu səhnənin şahidi qorxusundan mühafizəçi üçün nəzərdə tutulan köşkə girib. Bundan sonra Qeorqadze köşkə yaxınlaşıb yenidən bir neçə dəfə atəş açaraq aradan çıxıb. Qeorqadze daha üç qətlə görə axtarılır. O, oktyabrın 19-da Krasnoqorsk şəhər rəhbərinin birinci müavini Yuri Karaulovu və Krasnoqorsk elektrik şəbəkəsinin rəhbəri Qeorqi Kotlyarenkonu birincinin kabinetində güllələyib. Bundan əlavə, Qeorqadze tikinti biznesi üzrə tərəfdaşı da qətlə yetirib.

Onun axtarışı iki gündür davam etsə də, hələ ki yaxalamaq mümkün olmayıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi